24 Ağustos 2015 Pazartesi

Aksizlər
Azərbaycan Respublikasının Nazirlər Kabineti
«Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli, 20 nömrəli qərarına dəyişiklik edilməsi barədə
Qərar № 209
Bakı şəhəri, 15 noyabr 2005-ci il
«Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında» Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə» Azərbaycan Respublikasının Qanununa əsasən xarici iqtisadi fəaliyyətin mallar nomenklaturu üzrə aksiz vergisinə cəlb olunan malların kodlarının Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli, 20 nömrəli qərarına dəyişiklik edilərək, həmin qərarla təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri» yeni mətndə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə» 2002-ci il 28 fevral tarixli, 34 nömrəli qərarının 1-ci bəndinin 6-cı yarımbəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişiklik edilməsi haqqında» 2002-ci il 28 oktyabr tarixli, 164 nömrəli qərarının 1-ci bəndi və «Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri»ndə dəyişiklik edilməsi barədə» 2005-ci il 31 yanvar tarixli, 14 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2005-ci il, № 11, maddə 1069) («VES Consultancy» LLC).
25 yanvar 2007-ci il tarixli, 16 nömrəli Qərara əsasən dəyişikliklərlə («VES Consultancy» LLC). Davamı...

Hiç yorum yok:

Yorum Gönder