Aksizlər
Azərbaycan Respublikasının Nazirlər Kabineti
«Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli, 20 nömrəli qərarına dəyişiklik edilməsi barədə
Qərar № 209
Bakı şəhəri, 15 noyabr 2005-ci il
«Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında» Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə» Azərbaycan Respublikasının Qanununa əsasən xarici iqtisadi fəaliyyətin mallar nomenklaturu üzrə aksiz vergisinə cəlb olunan malların kodlarının Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:1. «Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli, 20 nömrəli qərarına dəyişiklik edilərək, həmin qərarla təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri» yeni mətndə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə» 2002-ci il 28 fevral tarixli, 34 nömrəli qərarının 1-ci bəndinin 6-cı yarımbəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişiklik edilməsi haqqında» 2002-ci il 28 oktyabr tarixli, 164 nömrəli qərarının 1-ci bəndi və «Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri»ndə dəyişiklik edilməsi barədə» 2005-ci il 31 yanvar tarixli, 14 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2005-ci il, № 11, maddə 1069) («VES Consultancy» LLC).
25 yanvar 2007-ci il tarixli, 16 nömrəli Qərara əsasən dəyişikliklərlə («VES Consultancy» LLC).
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 15 noyabr tarixli,
209 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Nazirlər Kabinetinin
2005-ci il 15 noyabr tarixli,
209 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 190-cı maddəsinin 190.1-ci bəndində göstərilən aksizli malların xarici iqtisadi fəaliyyətinin mal nomenklaturuna uyğun kodları
|
Mal mövqelərinin adları
|
Aksiz dərəcələri (ölçü vahidinə görə ABŞ dolları ilə)
|
1
|
2
|
3
|
2207 10 000 0
|
Denaturasiya olunmamış etil spirti, 80 həcm %-dən az olmayan spirt konsentrasiyası ilə
|
1 litr üçün 1,0 ABŞ dolları
|
2208 90 910 0;
2208 90 990 0 |
Həcm %-i 80-dən az konsentrasiyalı denaturatlaşdırılmamış etil spirti
|
1 litr üçün 1,0 ABŞ dolları
|
2203 00
|
Səməni pivəsi
|
1 litr üçün 1,0 ABŞ dolları
|
2204 30 100 0
|
Qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları
|
1 litr üçün 0,05 ABŞ dolları
|
2204; (2204 30 100 0 — istisna olmaqla)
|
Təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosu
|
1 litr üçün 2,5 ABŞ dolları
|
2205
|
Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları
|
1 litr üçün 2,5 ABŞ dolları
|
2206 00
|
Digər qıcqırdılmış içkilər (alma sidri, perri (annud sidri), bal içkisi); qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqları, başqa yerdə adları çəkilməyən və ya təsnif olunmamış
|
1 litr üçün 2,5 ABŞ dolları
|
2208 20
|
Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi və ya üzümün sıxılması nəticəsində alınan spirtli tinkturalar (nastoykalar)
|
1 litr üçün 6,0 ABŞ dolları
|
2208 30
|
Viskilər
|
1 litr üçün 6,0 ABŞ dolları
|
220840
|
Rom və taffiya
|
1 litr üçün 6,0 ABŞ dolları
|
2208 50
|
Cin və ardıc arağı
|
1 litr üçün 6,0 ABŞ dolları
|
2208 60
|
Araq (vodka)
|
1 litr üçün 6,0 ABŞ dolları
|
2208 70
|
Likörlər
|
1 litr üçün 6,0 ABŞ dolları
|
2208 90 110 0 — 2208 90 780 0
|
Başqa spirtli tinkturası (nastoyka, araq) və başqa meyvələrdən çəkilən spirtli içkilər
|
1 litr üçün 6,0 ABŞ dolları
|
2402
|
Siqarlar, ucları kəsilən siqarlar, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri
|
1000 ədəd üçün 1,8 ABŞ dolları
|
2710 11 110 0
|
Emalın spesifik prosesləri üçün yüngül destilyatlar və məhsullar
|
1 ton üçün 100 ABŞ dolları
|
2710 11 410 0
|
Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla; tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə
|
1 ton üçün 250 ABŞ dolları
|
2710 11 450 0
|
Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla; tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan; 95 və ya daha çox, lakin 98-dən az oktan ədədi ilə
|
1 ton üçün 250 ABŞ dolları
|
2710 11 490 0
|
Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla; tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya daha çox oktan ədədi ilə
|
1 ton üçün 250 ABŞ dolları
|
2710 11 510 0
|
Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla; tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98-dən az oktan ədədi ilə
|
1 ton üçün 250 ABŞ dolları
|
2710 11 590 0
|
Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla; tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98 və ya daha çox oktan ədədi ilə
|
1 ton üçün 250 ABŞ dolları
|
2710 19 110 0
|
Orta destilyatlar, emalın spesifik prosesləri üçün
|
1 ton üçün 100 ABŞ dolları
|
2710 19 210 0;
2710 19 250 0; 2710 19 290 0 |
Emalın spesifik prosesləri üçün nəzərdə tutulmayan kerosindən alınmış reaktiv yanacaq və digər orta destilyatlar
|
1 ton üçün 100 ABŞ dolları
|
2710 19 310 0 —
2710 19 490 0 |
Ağır destilyatlar; qazoyllar (dizel yanacağı)
|
1 ton üçün 100 ABŞ dolları
|
2710 11 150 0
|
Yüngül destilyatlar və məhsullar; proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 11 110 0 alt yarımmövqeyində göstərilənlərdən başqa
|
1 ton üçün 1,0 ABŞ dolları
|
2710 11 210 0
|
Xüsusi benzinlər; uayt-spirit
|
1 ton üçün 1,0 ABŞ dolları
|
2710 11 250 0
|
Digər xüsusi benzinlər
|
1 ton üçün 1,0 ABŞ dolları
|
2710 11 310 0
|
Aviasiya benzinləri
|
1 ton üçün 1,0 ABŞ dolları
|
2710 11 700 0
|
Reaktiv benzin yanacağı
|
1 ton üçün 1,0 ABŞ dolları
|
2710 11 900 0
|
Digər yüngül destilyatlar
|
1 ton üçün 1,0 ABŞ dolları
|
2710 19 150 0
|
Orta destilyatlar, proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 19 110 0 alt yarımmövqeyində göstərilənlərdən başqa
|
1 ton üçün 1,0 ABŞ dolları
|
2710 19 510 0 —
2710 19 690 0; |
Maye yanacaq
|
1 ton üçün 1,0 ABŞ dolları
|
2710 19 710 0
|
Sürtkü yağları və digər yağlar; emalın spesifik prosesləri üçün
|
1 ton üçün 1,0 ABŞ dolları
|
2710 19 750 0
|
Sürtkü yağları və digər yağlar; proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 19 710 0 alt yarımmövqeyində göstərilənlərdən başqa
|
1 ton üçün 1,0 ABŞ dolları
|
2710 19 830 0
|
Hidravlik məqsədlər üçün mayelər
|
1 ton üçün 1,0 ABŞ dolları
|
2710 19 850 0
|
Şəffaf yağlar, vazelin yağı
|
1 ton üçün 1,0 ABŞ dolları
|
2710 19 870 0
|
Dişli çarxlar üçün yağ və reduktorlar üçün yağ
|
1 ton üçün 1,0 ABŞ dolları
|
2710 19 910 0
|
Metalların emalı üçün tərkiblər, qəliblərin yağlanması üçün yağlar, antikorroziya yağları
|
1 ton üçün 1,0 ABŞ dolları
|
2710 19 990 0
|
Digər sürtkü yağları və digər yağlar
|
1 ton üçün 1,0 ABŞ dolları
|
2710 19 810 0
|
Mühərrik yağları, kompressor sürtkü yağı, turbin sürtkü yağı
|
1 ton üçün 60 ABŞ dolları
|
2710 19 930 0
|
Elektrik izolyasiya yağları
|
1 ton üçün 60 ABŞ dolları
|
2712 10
|
Neft vazelini
|
1 ton üçün 10 ABŞ dolları
|
2713
|
Neft koksu, neft bitumu və neftin və məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlar
|
1 ton üçün 30 ABŞ dolları
|
2714
|
Təbii bitum və asfalt; bitumlu şistlər və ya şist yağları və bitumlu qumlar; asfaltitlər və asfalt süxurları
|
1 ton üçün 1,0 ABŞ dolları
|
2715 00 000 0
|
Təbii asfalt, təbii bitum, neft bitumu, mineral qatranlar və ya mineral qatranların pekası əsasında bitumlu qarışıqlar (məsələn, bitumlu mastika, yol asfalt örtükləri)
|
1 ton üçün 1,0 ABŞ dolları
|
customs.gov.az - a istinadən.
Hiç yorum yok:
Yorum Gönder