Elektron imza
Elektron imza Elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.
Mobil İD
Mobil-İD Mərkəzinin funksiyalarına vətəndaşların müraciəti əsasında mobil identifikasiya sertifikatlarının hazırlanması və təqdim edilməsi daxildir. Sahibinin şəxsiyyətini təsdiqləyən identifikasiya sertifikatı və müvafiq açıq və qizli açarlar mobil cihazda saxlanılır. Mobil-İD Mərkəzin açarının qorunması HSM-ə (avadanlıq təhlükəsizlik modulu) əsaslanır. HSM sistemində 3-cü qrup üzrə FİPS 140-3 səviyyəsində qoruma mövcuddur.
Elektron Hökümət Mərkəzi
Elektron Hökumət Mərkəzi. Bu Mərkəzin funksiyalarına hakimiyyət orqanları ilə münasibətləri təmin etmək üçün təsərrüfat subyektlərinə və vətəndaşlara gücləndirilimiş sertifikatların verilməsi daxildir. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Respublikasının qanununda göstərilir ki, dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarına vətəndaşın, fiziki və ya hüquqi şəxsin göndərdiyi məlumat bildirişi onun gücləndirilmiş imzası ilə təsdiqlənməlidir.
Hakimiyyət Orqanları Mərkəzi
Hakimiyyət Orqanları Mərkəzi. Bu Mərkəzin funksiyalarına daxili və təşkilatlararası sənəd dövriyyəsini təmin etmək üçün ali icraedici və qanunverici dövlət orqanlarının, nazirlik və komitələrin, bələdiyyələrin və dövlət qurumların əməkdaşlarına gücləndirilmiş sertifikatların verilməsi daxildir. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Respublikasının qanununa əsasən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları sahə üzrə akkreditə edilmiş mərkəzinin xidmətlərindən istifadə etməlidir.