ƏDV
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında
Qərar № 11
Bakı şəhəri, 31 yanvar 2005-ci il
Ölkədə sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, daxili bazarın qorunması və «Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında» Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə» Azərbaycan Respublikasının Qanununa əsasən xarici iqtisadi fəaliyyətin mal nomenklaturu üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisinə gətirilən aşağıdakı mallar əlavə dəyər vergisindən azad olunur:
1.1. birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora məxsus müəssisənin yaradılması üçün gətirilən əmlak;1.2. xarici investisiyalı müəssisənin əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak (işə götürənin arayışı gömrük orqanlarına təqdim olunmaqla);
1.3. Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar;
1.4. texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar;
1.5. xarici iqtisadi fəaliyyətin mal nomenklaturuna daxil olan bütün növ avtonəqliyyat vasitələri istisna olmaqla, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan mallar;
1.6. fövqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədi ilə maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının təsdiqedici sənədi əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar;
1.7. Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları, onların fərdiləşdirilməsi, «Giriş-Çıxış» avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq izlərinin, güllə və gilizlər üzərindəki izlərin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar, polisə telefon zənglərinin qəbulu üzrə xüsusi «102» xidmətinə — Zəng Mərkəzi Sisteminə (ZMS) daxil olan avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar ;
1.8. qanunvericiliyə uyğun olaraq, dövlət müəssisələrini idarə etmək hüququna dair təsdiq edilmiş müqavilələrin icrası ilə bağlı investisiya proqramında istehsalın təşkili üçün nəzərdə tutulmuş mallar;
1.9. aksizli malların aksiz markalarının saxta olub-olmamasını yoxlamaq üçün xüsusi avadanlıqlar (əl detektorları və lampalar), Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən blanklar, onların tətbiqinə nəzarət və istifadəsi üçün müvafiq avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar.
1.12. ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə).
2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə əlavə dəyər vergisindən azad olunan mallardan başqa «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı» təsdiq edilsin (əlavə olunur).
3. «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli, 468 nömrəli Sərəncamının 3.3-cü yarımbəndinə uyğun olaraq, «Lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid, idxal zamanı əlavə dəyər vergisindən azad olunan daşınar əşyaların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə siyahısı» təsdiq edilsin (əlavə olunur).
4. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»nda əlavə və dəyişikliklərin edilməsinə yalnız sonrakı il üçün dövlət büdcəsinin layihəsi hazırlandığı dövrdə baxıla bilər.
5. Müəyyən edilsin ki, əlavə dəyər vergisindən azad olunan idxal edilən mallar təyinatı üzrə istifadə olunmadıqda, həmin mallar yenidən bəyan olunmalı və 10 gün müddətində əlavə dəyər vergisi ödənilməlidir. Əks təqdirdə, malları satanlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.
6. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli, 138 nömrəli qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 oktyabr tarixli, 195 nömrəli qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli, 22 nömrəli qərarının 10-cu bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 mart tarixli, 62 nömrəli qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 13 avqust tarixli, 138 nömrəli qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 27 aprel tarixli, 71 nömrəli qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 26 fevral tarixli, 32 nömrəli qərarının 1-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli, 73 nömrəli qərarının 1-ci bəndi çıxarılsın.
7. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının siyahısı» təsdiq edilsin (əlavə olunur).
Hiç yorum yok:
Yorum Gönder