Ümumdünya Gömrük Təşkilatının 10-cu PICARD konfransı işə başlayıb
Sentyabrın 8-də Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf uzrə əməkdaşlıq proqramı”) konfransı işə başlayıb.
“Gülüstan” sarayında təşkil olunan konfransda Azərbaycan da daxil olmaqla, 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilatın təmsilçisi, o cümlədən, 3 Nobel mükafatçısı iştirak edir.
Konfransın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı, prof. Aydın Əliyev rəhbəri olduğu təşkilatın ÜGT-nin 10-cu illik PICARD konfransına ev sahibliyi etməsindənməmnunluq hissi duyduğunu bildirib. A.Əliyev vurğulayıb ki, beynəlxalq ticarətin ötən illər ərzində böyük artımı bütün dünyada gömrük idarələri qarşısında yeni çağırışlara yol açıb. Bu baxımdan PICARD konfransı akademik tədqiqatlar və debatlar vasitəsilə strategiyaları və siyasəti formalaşdırmaq məqsədilə gömrük sahəsində mühüm qərarlar verən şəxslərə kömək etməyə çalışır.
Öz növbəsində, Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov çıxışedərəkÜGT-nin bu yubiley konfransının Azərbaycanın paytaxtında keçirilməsini ölkə gömrüyünə yüksək etimadın bariz nümunəsi kimi dəyərləndirib. Baş nazirin müavini konfrans iştirakçılarına gömrük işi sahəsində hərtərəfli və səmərəli beynəlxalq əməkdaşlıq yollarının müzakirəsində uğurlar arzulayıb.
Sonra Ümumdünya Gömrük Təşkilatının Baş katibi KunioMikuriya PICARD konfransına ev sahibliyi etdiyi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təşəkkürünü bildirib. Baş katib bir çox məruzəçilərin iştirakı üçün maliyyə dəstəyi verən Koreya Gömrük Xidmətinə, eləcə də məruzə müəlliflərinə də təşəkkürünü ifadə edib. K.Mikuriyavurğulayıb ki, inkişaf edən dünyamızda obyektiv araşdırmaya əsaslanan bilik zəruri mənbədir və biliklərin paylaşılmasısiyasi qərarların qəbul olunmasındaböyük təsirə malikdir.
Daha sonra çıxış edən Koreya Gömrük Xidmətinin sədr müavini Don-HyunqLi diqqətə çatdırıb ki, bu gün dünya gömrük rəsmiləri qarşısında böyük vəzifələr durur. Bu vəzifələrin öhdəsindən heç kəs ayrılıqda gələ bilməz və qarşılıqlı əməkdaşlıq əlaqələri inkişaf etdirilməlidir. Sədr müavini qeyd edib ki, problemlərin araşdırılması və həlli yollarının müzakirəsinə yol açan bu kimi konfranslara Koreya tərəfi yüksək dəyər verir və dünya gömrük ailəsinə yardım göstərməyi vacib sayır.
Konfransın birinci iş günündə əsas məruzələrlə Nobel mükafatı laureatı, Harvard Universitetinin professoru (ABŞ) ErikMaskinvə Beynəlxalq Vergi və Tərəqqi Mərkəzinin Baş direktoru (Birləşmiş Krallıq) MikMurçıxış ediblər. Natiqlər qlobal gömrük xidmətinin qarşısında duran bəzi problemlərlə bağlı öz araşdırmalarının nəticələrini konfrans iştirakçılarının nəzərinə çatdırıb, fikir və təkliflərini bölüşüblər.
Daha sonra konfrans “Gömrük əməkdaşlarının təşviq edilməsi amilləri”və “Qlobal Dəyər Zəncirləri” adlı sessiyalarla işini davam etdirib, bu bölmələr üzrə məruzələr dinlənilib.
Xatırladaq ki, ÜGT-nin 10-cu illik PICARD konfransı sentyabrın 10-dək davam edəcək.
DGK Mətbuat Xidməti







Hiç yorum yok:
Yorum Gönder