RILO-Moskva Regional Məlumat Əlaqələndirmə Qovşağının iştirakçı ölkələrinin gömrük xidmətlərinin milli əlaqələndirmə qovşağı rəhbərlərinin iclası keçirilir
Sentyabrın 8-də Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının MDB ölkələri üzrə hüquq mühafizə fəaliyyətinə dair RILO-Moskva Regional Məlumat Əlaqələndirmə Qovşağının iştirakçı ölkələrinin gömrük xidmətlərinin milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclası öz işinə başlayıb.
ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən iclasa Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Tacikistan gömrük orqanlarının əməkdaşları, eləcə də RILO-Seul, RILO-Ər-Riyad, RILO-Varşava və RILO-Kölnün məsul nümayəndələri qatılıb.
İclasın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevhüquq-mühafizə fəaliyyəti çərçivəsində RİLO-Moskva ilə əməkdaşlığınhər il inkişaf etdiyini bildirib.Ə.Abdullayev bu görüşün də effektli təcrübə və məlumat mübadiləsinə, təhlükəsizlik və gömrük hüquqpozmalarına qarşı mübarizədə ortaya çıxan problemlərin ətraflı müzakirəsinə geniş imkanlar yaradacağını qeyd edib.
Sonra RILO-Moskvanın direktoru OleqBakanov “RILO-Moskvanın fəaliyyətinin yekunları barədə” adlı məruzəylə çıxış edib. Natiq çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib, RILO-Moskvanın müxtəlif sahələrdə həyata keçirdiyi proqramlar və əməliyyatlardan bəhs edib.
Daha sonra Ümumdünya Gömrük Təşkilatının nümayəndəsi LoikQann“ÜGT Katibliyinin regional əlaqələndirmə qovşaqlarının cəlb edilməsi ilə cari və planlaşdırılan təşəbbüsləri”, RILO-Moskvanın direktor müavini KristinaKlimnik isə “Qabaqlayıcı xarakterli hüquq-mühafizə məlumatının mübadiləsi məqsədilə CENcomm əməliyyat-kommunikasiya platformasında 24 saatlıq rejimdə fəaliyyət göstərən əlaqələndirmə məntəqələrinin təşkili barədə” mövzularında məruzəylə çıxış ediblər.
İclasın gedişində RILO-Ər-Riyad və RILO-Moskva arasında Memorandum da imzalanıb.
Qeyd edək ki, iclas sentyabrın 9-da başa çatacaq. Həmin gün isə iclasda gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin işində CEN Milli Gömrük Hüquq Mühafizə Şəbəkəsinin tətbiqi və RILO-Moskvanın 2016-cı il üçün iş Planının layihəsinin razılaşdırılması məsələləri müzakirə olunacaq və iclasın yekun qərarı qəbul ediləcək.
DGK MətbuatXidməti
Kaydol:
Yorumlar (Atom)
Hiç yorum yok:
Yorum Gönder