"Müvəqqəti saxlanc
(müvəqqəti saxlanc anbarları) haqqında"
Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi
«Müvəqqəti saxlanc (müvəqqəti saxlanc
anbarları) haqqında» Əsasnamənin təsdiq edilməsi haqqında
Əmr № 66
11
noyabr 1998-ci il
Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinin 9-cu maddəsinə əsasən 23-cü fəslinin
müddəalarının həyata keçirilməsi məqsədilə əmr edirəm:
1.
«Müvəqqəti saxlanc (müvəqqəti saxlanc anbarları) haqqında» Əsasnamə təsdiq
edilsin (əlavə olunur).
2.
«Müvəqqəti saxlanc (müvəqqəti saxlanc anbarları) haqqında» Əsasnamə
normativ-hüquqi akt kimi qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim
edilsin.
3.
Bu Əsasnamə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı gündən qüvvəyə
minsin.
4.
İşlər İdarəsi (R.Həsənəliyev) Ədliyyə Nazirliyində qeydə alındıqdan sonra
«Müvəqqəti saxlanc (müvəqqəti saxlanc anbarları) haqqında» Əsasnamənin gömrük
orqanlarına göndərilməsini təmin etsin.
5.
Əmrin icrasına nəzarət Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinə (A.Əliyev)
tapşırılsın.
Müvəqqəti
saxlanc (müvəqqəti
saxlanc anbarları) haqqında
Əsasnamə
Əsasnamə
1.
Ümumi müddəalar:
Bu
Əsasnamə Gömrük Məcəlləsinin 23-cü fəslinin və «Azərbaycan Respublikasında
gömrük anbarlarının və müvəqqəti saxlanc anbarlarının təsis edilməsinə xüsusi
razılıq (lisenziya) verilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 13 aprel 1998-ci il tarixli, 73 saylı
Qərarının müddəalarına uyğun olaraq işlənib hazırlanmışdır.
1.1.
Mallar və nəqliyyat vasitələri gömrük orqanlarına təqdim olunduğu andan və
onların buraxılışına qədər, ya da seçilmiş gömrük rejiminə uyğun olaraq şəxsə
verilənədək müvəqqəti saxlancda gömrük nəzarəti altında olurlar.
1.2.
Mallar və nəqliyyat vasitələri gömrük orqanına təqdim olunduğu andan müvafiq
status alırlar.
Azərbaycan
Respublikasına gətirildiyi zaman təqdim etmə daşıyıcı, ya onun səlahiyyətli
şəxsi tərəfindən mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının
gömrük ərazisinə, ya da təyinat yerinə çatması haqqında gömrük orqanına xəbər
verilməsindən ibarətdir.
Azərbaycan
Respublikası ərazisindən mallar və nəqliyyat vasitələri aparıldığı zaman təqdim
etmə, malları və nəqliyyat vasitələrini aparan şəxs tərəfindən gömrük
rəsmiləşdirilməsinin keçirilməsi üçün mal və nəqliyyat vasitələrini müəyyən
olunmuş gömrük rəsmiləşdirilməsi yerlərinə gətirilməsi haqqında gömrük orqanına
məlumatın verilməsindən ibarətdir.
1.3.
Azərbaycan Respublikasının gömrük ərazisində mallar və nəqliyyat vasitələrinin
aparılacağı və çatdırılacağı yer yalnız müvəqqəti saxlanc anbarı ola bilər.
Malların
digər yerlərə daşınması (avtomobil və digər nəqliyyat vasitələri ilə) yalnız
malları keçirən şəxsin fəaliyyət bölgəsində olan gömrükxananın və ya malın
xarakterindən (məsələn, valyuta və valyuta sərvətləri, silah və s.) asılı
olaraq həmin ərazidə onların rəsmiləşdirilməsinin aparılması məqsədə
uyğundursa, yuxarı gömrük orqanının razılığı əsasında, digər hallarda isə
gömrük işi haqqında qanunvericiliyinin tələblərinə uyğun surətdə həyata
keçirilir.
1.4.
Müvəqqəti saxlanc anbarının sahibi tərəfindən qeydiyyata (uçota) alınan və
daimi gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrinin gömrük
rəsmiləşdirilməsi, onların gömrük orqanına təqdim edildiyi andan etibarən üç
saat müddətində başa çatarsa, onda müvəqqəti saxlanc gömrük rəsmiləşdirilməsi
mərhələsi kimi tətbiq edilmir. Qeydiyyatın aparılmasını daşıyıcı mütləq təmin
etməlidir.
1.5.
Müvəqqəti saxlanc xüsusi olaraq ayrılmış və quraşdırılmış tikililərdə və ya
digər yerlərdə (müvəqqəti saxlanc anbarlarında) həyata keçirilir.
1.6.
Müvəqqəti saxlanc anbarları Gömrük Məcəlləsi və «Azərbaycan Respublikasında
müvəqqəti saxlanc anbarlarının təsis edilməsinə xüsusi razılıq (lisenziya)
verilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 13 aprel 1998-ci il tarixli, 73 saylı Qərarının
tələblərinə uyğun olaraq gömrük orqanlarının icazə verdiyi müəyyən olunmuş
yerlərdə təsis oluna bilər.
Beynəlxalq
əlaqələri, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların
qəbulunu, yükləmə, boşaltma və verilməsi əməliyyatlarını həyata keçirən hava,
dəniz limanlarında, aerodromlarda, dəmiryolu stansiyalarında, meydançalarında,
habelə beynəlxalq avtomobil əlaqələri olan Azərbaycan Respublikasının dövlət,
ya da gömrük sərhədi buraxılış məntəqələri ərazilərində müvəqqəti saxlanc
anbarlarının olması mütləq vacibdir.
1.7.
Müvəqqəti saxlanc anbarları, idarələr və təşkilatlar tərəfindən aşağıdakı
tələblərə müvafiq olaraq təsis oluna bilər:
§
Azərbaycan Respublikası ərazisində yerləşməsi;
§
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun yaradılması və hüquqi şəxs
statusunun olması;
§
müvəqqəti saxlanc anbarının təsisinə dair DGK tərəfindən verilmiş lisenziya
əsasında.
2.
Müvəqqəti saxlanc anbarlarının tipləri
2.1.
Müvəqqəti saxlanc anbarları açıq tipli, yəni bütün mallar üçün və qapalı tipli,
yəni saxlanması xüsusi şərait tələb edən nəqliyyat vasitələri və mallar üçün
nəzərdə tutulur.
2.2.
Qapalı tipli müvəqqəti saxlanc anbarları, yalnız açıq tipli saxlanc
anbarlarının təsisinin məqsədəuyğun olmamasına kifayət qədər əsas olduqda təsis
oluna bilər.
2.3.
Qapalı tipli anbarlar aşağıdakı məqsədlər üçün təsis oluna bilərlər:
§
xüsusi mallar və nəqliyyat vasitələrinin saxlanması üçün;
§
mallar və nəqliyyat vasitələrinin onları daşıyıcıları tərəfindən saxlanması
üçün;
§
digər hallarda isə Dövlət Gömrük Komitəsinin icazəsilə bu Əsasnamənin 2.2
bəndinin tələblərinin gözlənilməsi şərtilə təsis oluna bilər.
2.4.
Qapalı tipli anbarın təsisinə dair verilmiş lisenziyanın alınması haqqında
ərizdə müraciət edən şəxs bu tipli anbarın məqsəduyğunluğunu əsaslandırmalı, ya
da belə anbarda yerləşdiriləcək malların növü və siyahısı müəyyən olunmalıdır.
2.5.
Azərbaycan Respublikası DGK qapalı tipli müvəqqəti saxlanc anbarının quruluşuna
və avadanlıq təchizatına, habelə belə anbarda malların və nəqliyyat
vasitələrinin yerləşdirilməsi, onların uçotunun aparılması və hesabatın
təqdimatı haqqında sadələşdirilmiş qaydalar müəyyən etmək və ayrı-ayrı tələblər
tətbiq etmək hüququna malikdir.
3.
Müvəqqəti saxlanc anbarının quruluşu və təchizinə olan tələblər
3.1.
Müvəqqəti saxlanc anbarının quruluşu anbara gömrük nəzarətindən kənar mallar və
nəqliyyat vasitələrinin daxil olma və oradan çıxarılma imkanını aradan
qaldırmalı, anbarda yerləşən mal və nəqliyyat vasitələrinin mühafizəsini
(olduğu kimi qalmasını) təmin etməli və anbara kənar şəxslərin daxil olmasına
imkan verməməlidir.
3.2.
Anbarın ərazisi ona bitişik olan yük boşaltma meydançası nişanlanmalı, habelə
gömrük orqanlarının tələbinə görə hasara alınmalıdır. Əgər müvəqqəti saxlanc
anbarı binanın bir hissəsindədirsə, belə hallarda, oraya gələn giriş yolu və
yükboşaltma meydançası gömrük nəzarətində olan mallar və nəqliyyat vasitələrinə
kənar şəxslərin buraxılmasını aradan qaldırmalıdır. Əgər tikili eyni zamanda müvəqqəti
saxlancda olan mallar və nəqliyyat vasitələrinin gömrük anbarı rejimi altında
olan malların saxlanması üçün istifadə olunarsa, belə halda tikilinin-malların
və nəqliyyat vasitələrinin müvəqqəti saxlancı kimi istifadə olunduğu hissəsi
təcrid oluna və gömrük orqanının tələbi ilə oraya ayrıca giriş yolu ilə təchiz
oluna bilər.
3.3.
Müvəqqəti saxlanc anbarına əlverişli giriş yolu olmalıdır.
3.4.
Gömrük orqanı müvəqqəti saxlanc anbarının yerləşdiyi yerə, onun konstruksiyası
və quruluşuna konkret tələblər qoymaq, onun iki bağlayıcı qurğu (həmin
qurğulardan biri gömrük orqanının sərəncamında olmaq şərtilə) ilə təchizini və
zəruri hallarda anbarda saxlanılan mallar və nəqliyyat vasitələrinin
avtomatlaşdırılmış sistem əsasında uçotunu aparmaq hüququna malikdir.
3.5.
Müvəqqəti saxlanc anbarının sahibi onun normal fəaliyyəti üçün anbarın
maddi-texniki təchizini həyata keçirməli, o cümlədən aşağıdakılarla təmin
etməlidir:
§
yükləmə-boşaltma və nəqliyyat vasitələri;
§
anbar avadanlığı;
§
rabitə vasitəsi;
§
digər texniki vasitələr;
§
mebellə.
Gömrük
orqanlarının əməkdaşları üçün əvəzsiz olaraq gömrük orqanlarının tələblərinə
cavab verən, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün
lazımi təchizatı olan yer (otaq), rabitə vasitələri ayrılır.
3.6.
Anbarın tam təchizi, onun müəyyən olunmuş qaydada saxlanması, mühafizəsi və
buraxılış rejiminə təminat anbar sahibi tərəfindən və onun vəsaiti hesabına
aparılır.
3.7.
Əgər müvəqqəti saxlanc anbarının təsisçisi gömrük orqanıdırsa, belə anbarın
təsisi üçün lisenziya tələb olunmur.
3.8.
Müvəqqəti saxlanc anbarı gömrük idarələri, gömrükxanalar, ya da Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin təqdimatı üzrə təsis olunur.
3.9.
Gömrük orqanı tərəfindən təsis olunmuş müvəqqəti saxlanc anbarı gömrük
orqanının fəaliyyət bölgəsində yerləşən anbar üçün nəzərdə tutulmuş tikilidir
və həmin gömrük orqanının struktur bölməsi hesab olunur.
3.10.
Anbar rəisi, onun müavinləri, habelə anbarda maddi-məsul vəzifələrdə çalışan
əməkdaşlar, gömrük orqanının vəzifəli şəxsləridir. Gömrük orqanı tərəfindən
anbarın fəaliyyətini təmin etmək üçün işə qəbul olunmuş digər işçilər gömrük
orqanının vəzifəli şəxsləri hesab olunmurlur.
3.11.
Gömrük orqanları tərəfindən təsis olunan müvəqqəti saxlanc anbarları — açıq
tipli anbarlar hesab olunur.
3.12.
Gömrük orqanı tərəfindən təsis olunan müvəqqəti saxlanc anbarlarının quruluşu
və təchizat təminatı gömrük orqanı tərəfindən müəyyən olunur. Bu Əsasnamənin 4
bölməsində göstərilən bütün tələblərin gözlənilməsi belə anbarlar üçün məcburi
deyildir.
3.13.
Gömrük orqanı tərəfindən təsis olunmuş müvəqqəti saxlanc anbarları mallar və
nəqliyyat vasitələrinin, o cümlədən Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilməyənlərin istifadəsi üçün nəzərdə tutulmuşdur. Belə
malların və nəqliyyat vasitələrinin saxlanc müddətləri onların yerləşdirmə
məqsədinə uyğun olaraq müəyyən olunur.
3.14.
Əgər anbarın sahibi gömrük orqanıdırsa, onda gömrük ödənişlərinin ödənilməsinə
görə məsuliyyəti mallar və nəqliyyat vasitələrini anbara yerləşdirən şəxs, bu
şəxs olmadıqda isə mallar və nəqliyyat vasitələrinin mülkiyyətçisi, ya da
sahibi daşıyır.
3.15.
Sahibi gömrük orqanı olan müvəqqəti saxlanc anbarında mallar və nəqliyyat
vasitələrinin saxlanılmasına görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:
§
malların saxlanmasına görə sutka ərzində hər kiloqram üçün — 0,04 EKYÜ-yə
ekvivalent olan məbləğ;
§
nəqliyyat vasitələrinin (dəniz, çay, ya da hava gəmisi, vaqon, avtomobil və s.)
saxlanmasına görə sutka ərzində hər vahid üçün 3 EKYÜ-yə ekvivalent məbləğ.
Natamam
sutkalar sutka kimi, çəkilər isə yuvarlaqlaşdırılmalıdır.
3.16.
Müvəqqəti saxlanc anbarının sahibi olan gömrük orqanı qəbul olunan və saxlamada
olan mallar və nəqliyyat vasitələrinin uçotunu aparır. Uçot 3 saylı əlavədə
göstərilən forma üzrə uçot kitabçasında maddi sərvətlərin uçotu müəyyən olunmuş
qaydada aparılır. Bu halda uçotun gömrük sənədi istifadə olunmur.
3.17.
Gömrük orqanı fəaliyyət zonasında təsis olunan müvəqqəti saxlanc anbarı üçün
anbarın konstruksiyasından, anbarda saxlanılan malların növlərindən onun
buraxılış gücündən, nəqliyyat vasitəsinin növündən və anbarın fəaliyyət
göstərməsinə toxunan digər amillərdən asılı olaraq anbardan istifadə reqlamenti
müəyyən olunaraq təsdiq edilir.
Reqlamentdə
aşağıdakılar göstərilir:
§
anbarda iş rejimi;
§
bu anbarda malların və nəqliyyat vasitələrinin müvəqqəti saxlanc müddətləri;
§
anbarda mallar və nəqliyyat vasitələrinin saxlanması üzrə gömrük yığımlarının
miqdarı;
§
gömrük orqanının mallar və nəqliyyat vasitələrinin çatması haqqında xəbər
verilmə qaydaları və konkret müddət formalarına tələbləri;
§
anbarın fəaliyyət göstərməsilə əlaqədar digər tələblər və şərtlər.
Müvəqqəti
saxlanc anbarından istifadə reqlamenti gömrük orqanının rəisi tərəfindən təsdiq
olunur və tanışlıq məqsədilə gömrük anbarına göndərilir.
4.
Müvəqqəti saxlanc anbarı sahibinin vəzifələri
4.1.
Müvəqqəti saxlanc anbarının sahibi aşağıdakı vəzifələri həyata keçirməlidir:
§
anbarda saxlanan malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən kənar
götürülməsinə imkan verməmək;
§
gömrük nəzarətinin həyata keçirilməsini çətinləşdirməmək;
§
bu əsasnamə üzrə müəyyən olunmuş qaydada anbarda saxlanılan mallar və nəqliyyat
vasitələrinin uçotunu aparmaq və gömrük orqanına hesabat təqdim etmək;
§
saxlanılan mallar və nəqliyyat vasitələrinin yanına üçüncü şəxsin daxil
olmasına yol verməmək;
§
müvəqqəti saxlanc anbarının təsisi üçün verilmiş lisenziya şərtlərinə əməl
etməklə gömrük orqanlarının tələblərini yerinə yetirmək. İstənilən vaxt gömrük
orqanlarının vəzifəli şəxslərinin tələblərinə görə onların mallar və nəqliyyat
vasitələrinin saxlanıldığı yerə buraxılmasını təmin etmək;
§
gömrük orqanının tələblərilə anbarda olan mallar və nəqliyyat vasitələrinin
nəqlini, çəkilməsini, malların miqdarının təyinini, yüklənməsini,
boşaldılmasını, yenidən yüklənməsini, zədələrinin düzəldilməsini, qablaşdırmaq
vasitələrinin açılmasını, mallar və nəqliyyat vasitələrinin çatdırılması və
yenidən qablaşdırılmasını həyata keçirir. Gömrük rəsmiləşdirilməsi aparılacaq
və gömrük nəzarətində olan mallar və nəqliyyat vasitələri yerləşdirilmiş tikili
və digər yerlərin açılmasını təmin edir. Göstərilən əməliyyatlar üçün çəkilən
xərclər gömrük orqanları tərəfindən deyil, anbar sahibinin vəsaiti hesabına
aparılır.
Lisenziyanın
ləğvi və geri alınması hallarında mallar və nəqliyyat vasitələrinin
saxlanmasını təmin edir və anbarın ləğvi ilə əlaqədar proseduraları yerinə
yetirir.
4.2.
Anbar sahibi vəzifə öhdəliklərinin yerinə yetirilməməsinə görə qüvvədə olan
qanunvericiliyə uyğun məsuliyyət daşıyır.
5.
Mallar və nəqliyyat vasitələrinin müvəqqəti saxlanc anbarında yerləşdirilməsi
və saxlanması
5.1.
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən istənilən mallar və
nəqliyyat vasitələri müvəqqəti saxlanc anbarında yerləşdirilə bilər.
İdxalı
və ya ixracı Azərbaycan Respublikasında qadağan olunmuş mallar və nəqliyyat
vasitələri yalnız sahibi gömrük orqanları olan müvəqqəti saxlanc anbarlarında
yerləşdirilə bilər.
Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilməyən mallar və nəqliyyat
vasitələrinin müvəqqəti saxlanc anbarlarında yerləşdirilməsinə icazə verilmir.
5.2.
Digər mallar və nəqliyyat vasitələrinə zərər vuracaq, ya da xüsusi saxlama
şəraiti tələb edən mallar və nəqliyyat vasitələri xüsusi təchizata malik qapalı
tipli müvəqqəti saxlanc anbarları olan tikililərdə saxlanıla bilər.
5.3.
Mallar və nəqliyyat vasitələrinin gəldiyi barədə onlar gəldikdən sonra 30
dəqiqədən gec olmayaraq, gömrük orqanının iş vaxtından kənar gəldikdə isə iş
vaxtı başlandıqdan sonra 30 dəqiqədən gec olmayaraq gömrük orqanına xəbər
verilir.
Xəbər
verilmə Gömrük Məcəlləsinə uyğun olaraq yazılı, şifahi, elektron cihazlar
vasitəsilə və digər formalarda həyata keçirilir.
Mallar
və nəqliyyat vasitələrinin gəldiyi barədə xəbər verildikdən sonra və onlar
müvəqqəti saxlanc anbarında yerləşdirilənə qədər mallar və nəqliyyat
vasitələrinin nəzarətsiz qoyulmasına, nəqliyyat vasitələrinin dayanacaq yerinin
dəyişilməsi, malların boşaldılması və yenidən yüklənməsi, malların ilk dəfə
yerləşdirildiyi yerin dəyişilməsi, qabların açılması, malların qablaşdırılması,
eyniləşdirmə vasitələrinin dəyişilməsi, çıxarılması, ya da məhv edilməsi yalnız
gömrük orqanının icazəsi ilə həyata keçirilir.
5.4.
Mallar və nəqliyyat vasitələrinin daxil olması haqqında gömrük orqanına xəbər
verildikdən sonra sutka ərzində belə mallar və nəqliyyat vasitələri müvəqqəti
saxlanc anbarında yerləşdirilməlidir. Əgər məlumat verilməmişsə, onda
göstərilən müddət məlumat verilən andan hesablanır.
Əgər
göstərilən sutka ərzində mallar və nəqliyyat vasitələrinin gömrük
rəsmiləşdirilməsi, onların müvəqqəti saxlanc anbarının sahibi tərəfindən
uçotunun aparılması şərti ilə tam başa çatmış olarsa, bu halda müvəqqəti
saxlanc anbarında faktiki yerləşdirilmə (anbar sahibi) tərəfindən faktiki qəbul
tələb olunmur.
5.5.
Mallar və nəqliyyat vasitələri ilə eyni zamanda, ya da gömrük orqanının icazəsi
ilə mallar və nəqliyyat vasitələrinin təqdim olunmasından sonra, növbəti iş
günündən gec olmayaraq gömrük orqanına nəqliyyat, mal müşayiət və onların digər
kommersiya sənədləri (qaimələr, konasamentlər, spesifikasiyalar, hesab-faktura
və s.) təqdim olunur. O cümlədən bu sənədlər gömrük orqanının vəzifəli şəxsinin
bildiyi hər hansı xarici dildə də tərtib olunması tələb olunur. Belə sənədlərin
təqdim olunması üzrə məsuliyyət daşıyıcının üzərinə düşür.
5.6.
bəndində göstərilən sənədlər müvəqqəti saxlanc anbarında yerləşdirilən mallar
və nəqliyyat vasitələrinin eyniləşdirməyə imkan verən aşağıdakı məlumatları əks
etdirməlidir:
§
malları Azərbaycan Respublikasından göndərən və alanın rekvizitləri;
§
daşıyıcının adı;
§
nəqliyyat vasitəsi haqqında onu eyniləşdirməyə imkan verən kifayət qədər qısa
məlumatı (növü, adı, seriyası və s.);
§
malın ümumiləşdirilmiş adı və miqdarı.
5.7.
Əgər 5.5 bəndində göstərilənlər təqdim olunmazsa, ya da həmin sənədlərdəki
məlumatlar 5.6 bəndində göstərilənləri əks etdirməzsə, bu və ya digər hallarda
gömrük işi haqqında qanunvericiliyin gözlənilməsinə təminat baxımından, gömrük
orqanına daşıyıcı tərəfindən qısa bəyannamə verilir.
5.8.
Qısa bəyannamədə aşağıdakı məlumatlar göstərilməlidir:
§
göndərən ölkə və təyinat ölkəsi;
§
Azərbaycandan göndərənin, ya da malları alanın adı və ünvanı;
§
nəqliyyat vasitəsi haqqında məlumat (dəniz, ya da çay gəmisinin adı, hava
gəmisinin reys və bort nömrələri, dəmiryolu vaqonunun nömrəsi, yol nəqliyyat
vasitəsinin qeydiyyat nömrəsi və s. məlumatlar);
§
nəqliyyat sənədlərinin nömrələri;
§
malların adı, yerlərin sayı və tara ilə birlikdə—brutto çəkisi;
§
eyniləşdirmə vasitələri haqqında məlumat.
Qısa
bəyannamə forması 2 saylı əlavədə verilir. Gömrük rəsmiləşdirilməsini
sadələşdirmək məqsədi ilə gömrük orqanları bu forma əvəzinə müəyyən olunmuş yük
gömrük bəyannaməsini də tətbiq etmək hüququna malikdir.
5.9.
Malların və nəqliyyat vasitələrinin müvəqqəti saxlanc anbarlarında
yerləşdirilməsi baytar, fitosanitar, ekoloji və dövlət nəzarətinin digər
növlərindən asılı olmayaraq həyata keçirilir.
5.10.
Müvəqqəti saxlanc anbarında yerləşdirilmiş mallarla gömrük orqanının icazəsi
ilə aşağıdakı əməliyyatlar aparıla bilər:
§
müvəqqəti saxlanc anbarının sahibi, mallara münasibətdə səlahiyyəti olan digər
şəxslər və onların nümayəndələri tərəfindən mallara baxış keçirilməsi və ölçmə
işlərinin aparılması;
§
mallar barədə səlahiyyəti olan şəxslər və onların nümayəndələri tərəfindən
mallardan prob və nümunələrin götürülməsi;
§
qablaşdırma zədələrinin bərpası da daxil olmaqla, həmin mallar dəyişməz halda
qalmasının təmin edilməsi üçün zəruri olan digər əməliyyatların aparılması;
§
gömrük orqanının icazəsi ilə anbar hüdudunda yerləşdirmə.
6.
Müvəqqəti saxlanc anbarında mallar və nəqliyyat vasitələrinin saxlanc
müddətləri
6.1.
Bu Əsasnamənin 6.4., 6.5 və 6.7. bəndlərində göstərilənlər istisna olmaqla,
malların və nəqliyyat vasitələrinin müvəqqəti saxlanc anbarlarında ümumi
saxlanc müddəti iki ay təşkil edir.
6.2.
Konkret anbarda mal kateqoriyaları üzrə müvəqqəti saxlanc müddətləri gömrük
orqanı tərəfindən gömrük bəyannaməsinin verilməsi üçün lazım olan vaxt malın və
istifadə olunan nəqliyyat vasitəsinin xarakteri, habelə müvəqqəti saxlanc
anbarı sahibinin fikri nəzərə alınaraq müəyyən edilir.
Canlı
heyvanlar, bitki, konservləşdirilməmiş qida məhsulları, digər tez xarab olan
mallar da daxil olmaqla, müvəqqəti saxlanc anbarlarında üç gündən çox saxlana
bilməz.
6.3.
Gömrük orqanı, daşıyıcı və anbar sahibinin razılığı olmadan konkret malların
saxlanılması üçün dövlət təhlükəsizliyi, insanların həyat və sağlamlığının,
heyvan və bitkilərin, ətraf mühitin qorunması, Azərbaycan xalqının və xarici
ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətlərinin, sahibkarlıq
hüququnun mühafizəsi, idxal olunan mallarla əlaqədar Azərbaycan istehlakçılarının
mənafelərinin müdafiəsi baxımından saxlanc müddəti müəyyən etmək hüququna
malikdir.
Belə
müddətin müəyyən olunmasına dair qərarın qəbulu gömrük orqanının rəisi, ya da
müavinləri tərəfindən həyata keçirilir. Qəbul olunmuş qərar haqqında yazılı
surətdə anbar sahibi və daşıyıcıya məlumat verilir.
6.4.
Azərbaycan Respublikasına idxalı, ya da Azərbaycan Respublikasından ixracı
qadağan olunmuş mallar və nəqliyyat vasitələrinin müvəqqəti saxlanc anbarında
son saxlanc müddəti üç gün təşkil edir.
6.5.
Gömrük qaydalarının pozulması işləri üzrə maddi sübut olan və Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinin 323-cü maddəsinə uyğun olaraq gömrük
orqanları tərəfindən müvəqqəti saxlanc anbarlarında yerləşdirilən mallar və
nəqliyyat vasitələrinin saxlanc müddəti, həmin mal və nəqliyyat vasitələri
götürülmüş şəxsə məlumat göndərildiyi gündən hesablanmaqla 6 aydan artıq ola
bilməz.
6.6.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 364 maddəsinə müvafiq olaraq gömrük
orqanları tərəfindən əsaslandırılmış şəkildə alınmış və ya gömrük orqanlarına
girov əşyası kimi verilmiş mal və nəqliyyat vasitələrinin, həmçinin
əsaslandırılmış şəkildə müsadirə olunmuş əmlakın müvəqqəti saxlanc anbarında
saxlanma müddəti Gömrük Məcəlləsinin 153-cü maddəsinə əsasən onların müvəqqəti
saxlanc anbarına verildiyi gündən etibarən iki ay müddətinə müəyyən edilir.
6.7.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 364 maddəsinə müvafiq olaraq gömrük
orqanları tərəfindən əsası olmadan alınmış və ya girov əşyası kimi götürülmüş
mal və nəqliyyat vasitələrinin, həmçinin əsası olmadan müsadirə edilmiş əmlakın
müvəqqəti saxlanc anbarında saxlanc müddəti həmin mal və nəqliyyat
vasitələrinin və əmlakın sahibinə, həmçinin həmin anda orada iştirak etmiş
şəxsə məlumat verildiyi gündən etibarən altı aydan çox olmamalıdır.
6.8.
Mal və nəqliyyat vasitələri müəyyən edilmiş gömrük rejiminə müvafiq
buraxıldıqda və ya sahibinin sərəncamına verildikdən sonra həmin mal və
nəqliyyat vasitələri müvəqqəti saxlanc anbarında üç sutkadan çox saxlanıla
bilməz.
7.
Gömrük ödənişlərinin ödənilməsinə görə məsuliyyət
7.1.
Müvəqqəti saxlanc anbarında saxlanılan mallar və nəqliyyat vasitələrinə görə
gömrük ödənişlərinin ödənilməsi üçün anbarın sahibi məsuliyyət daşıyır.
7.2.
Əgər anbar sahibinin malları və nəqliyyat vasitələrini anbarda yerləşdirən
şəxslə müqaviləsində gömrük ödənişlərinin ödənilməsinə görə məsuliyyətin həmin
şəxsə həvalə edilməsi nəzərdə tutulmuşsa, onda anbar sahibi həmin şəxslə birgə
gömrük ödənişlərinin ödənilməsinə görə məsuliyyət daşıyır.
7.3.
Əsasnamənin 7.1 və 7.2 bəndləri mallar və nəqliyyat vasitələrinin itirilməsi,
onların gömrük orqanının icazəsi olmadan verilməsi və digər hallar, mallara və
nəqliyyat vasitələrinə səlahiyyəti olan şəxslər tərəfindən gömrük
rəsmiləşdirilməsi başa çatdıqdan sonra faktiki onların şəxsə verilməsinə qədər
tətbiq olunur.
7.4.
Müvəqqəti saxlanc anbarının sahibi və nəqliyyat vasitələrini anbarda
yerləşdirən şəxs, əgər mallar və nəqliyyat vasitələri qəza və ya dəfedilməz
qüvvənin təsiri ilə itirilərsə, ya da əskiklik təbii aşınma və ya normal
saxlama şəraitində baş verərsə, gömrük ödənişlərinin ödənilməsindən azad
olunurlar. Saxlama şəraitinin normal olmasının sübuta yetirilməsi müvəqqəti
saxlanc anbarının sahibinə həvalə olunur.
8.
Müvəqqəti saxlanc anbarında saxlancda olan mallar və nəqliyyat vasitələrinin
uçot və hesabatı
8.1.
Müvəqqəti saxlanc anbarında olan mallar və nəqliyyat vasitələri məcburi uçota
alınmalıdır.
8.2.
Saxlanca qəbul olunan və müvəqqəti saxlanc anbarında saxlanılan malların və
nəqliyyat vasitələrinin uçot forması anbar sahibinin rəyi nəzərə alınmaqla DGK
tərəfindən müəyyən olunur. Bu zaman malların və nəqliyyat vasitələrinin uçot
sisteminə aşağıdakı formalar məcburi daxil olmalıdır:
§
uçot kitabı;
§
uçot üzrə gömrük sənədi.
8.3.
Mallar və nəqliyyat vasitələrinin uçot kitabı 3 saylı əlavəyə uyğun olaraq
müvəqqəti saxlanc anbarının sahibi tərəfindən aparılır. Kitab əvvəlcədən
qaytanlanmalı, səhifələnməli, gömrük orqanının rəisi və ya da onu əvəz edən
şəxs tərəfindən imzalanmaqla gömrük möhürü ilə təminata alınmalıdır. Kitabda
son qeydlər aparıldıqdan sonra, yoxlanılması üçün gömrük orqanına verilir.
Yoxlamadan sonra uçot kitabı müvəqqəti saxlanc anbarının sahibinə qaytarılır və
onlar tərəfindən ən azı üç il müddətinə saxlanmalıdır. Yoxlamadan sonra kitabda
əlavə yazılışlar, ya da düzəlişlər edilməsinə yol verilmir. Gömrük orqanının
razılığı ilə 3 saylı əlavədə göstərilmiş nümunə üzrə uçot kitabında bütün
məlumatlar öz əksini tapmaq şərti ilə anbar sahibi üçün zəruri olan əlavə
məlumatlar göstərilə bilər.
§
Mal və nəqliyyat vasitələrinin uçot kitabı müvəqqəti saxlanc anbarında
avtomatlaşdırılmış sistemlərin istifadə olunmasından asılı olmayaraq aparılır.
§
Mal və nəqliyyat vasitələrinin uçot kitabı gömrük orqanının vəzifəli şəxsinin
ilk tələbinə görə təqdim olunur.
8.4.
Mal və nəqliyyat vasitələrinin uçotu üzrə gömrük sənədi gömrük orqanları
tərəfindən aparılır. Bu sənədlərə qısa bəyannamə, yük gömrük bəyannaməsi, yük
gömrük bəyannaməsi blankından istifadə etməklə tərtib olunan sənədlər, gömrük
orqanına mallar və nəqliyyat vasitələrinin təqdim olunması zamanı verilən
nəqliyyat və mal müşayiət sənədləri aiddir. Bu sahəyə məsul olan gömrük
orqanının vəzifəli şəxsi sənədə sıra nömrəsi verir və 4 saylı əlavədə
göstərilən ştampla sənədə iki ştamp vurur.
Birinci
ştamp, daşıyıcının təhvil, anbar sahibinin isə mallar və nəqliyyat vasitələrini
saxlamaya qəbul etdiyini təsdiq edir.
İkinci
ştamp isə anbar sahibinin təhvil, alıcının isə mallar, ya da nəqliyyat
vasitələrinin qəbul etdiyini təsdiq edir.
Gömrük
orqanının vəzifəli şəxsi isə mallar və nəqliyyat vasitələrinin təhvil, ya da
qəbul olunduğunu, öz şəxsi saylı möhürünü vurmaq yolu ilə təsdiq edir. Əgər mal
müsadirə olunmuş və ya itirilmişsə, xüsusi qeydlər də etməklə bu faktı
göstərir.
Gömrük
uçot sənədləri mallar və nəqliyyat vasitələri alındıqdan sonra verilmiş sıra
nömrəsinə uyğun kitab şəklində yığılır və gömrük orqanları tərəfindən üç il
müddətinə saxlanılır.
8.5.
Gömrük orqanının bu sahəyə səlahiyyəti olan vəzifəli şəxsinin yazılı tələbi
üzrə anbar sahibi gömrük orqanı tərəfindən saxlanma müddəti müəyyən dövr üçün
təyin olunan və saxlanılan mallar və nəqliyyat vasitələri haqqında hesabat
verməlidir. Hesabat 5 saylı əlavədə göstərilən forma üzrə tərtib olunur və
tələb olunduğu zaman yeddi gün müddətinə gömrük orqanına təqdim olunmalıdır.
8.6.
Əgər müvəqqəti saxlanc anbarında mallar və nəqliyyat vasitələrinin
avtomatlaşdırılmış sistemindən istifadə olunursa, anbar sahibi gömrük orqanının
vəzifəli şəxsinin bu sistemdən istifadə etməsini təmin etməlidir.
8.7.
Gömrük orqanlarının anbarda saxlanılan mallar və nəqliyyat vasitələrinin
inventarlaşdırılmasını aparmaq hüququ var.
9.
Müvəqqəti saxlanc anbarı sahibinin malları və nəqliyyat vasitələrini anbara
yerləşdirən şəxslər və gömrük orqanları ilə qarşılıqlı münasibətləri
9.1.
Müvəqqəti saxlanc anbarı sahibinin malları və nəqliyyat vasitələrinin anbara
yerləşdirən şəxslərlə münasibətləri müqavilə əsasında həyata keçirilir.
Müqavilə şərtləri bu Əsasnaməyə və Azərbaycan Respublikasının qanunvericiliyinə
zidd olmamalıdır.
9.2.
Gömrük orqanı konkret anbarın fəaliyyət dairəsində aid olan anbarın
konstruksiyası, anbarda saxlanılan mallar və nəqliyyat vasitələri, onun
buraxılış qabiliyyəti və digər faktorlar, habelə anbar sahibinin fikri nəzərə
alınmaqla müvəqqəti saxlanc anbarından istifadə prosedurasını təsdiq edir.
9.3. Bu prosedurada aşağıdakılar şərh olunur:
Gömrük orqanının müvəqqəti saxlanc anbarının quruluşu
və avadanlıqla təchizinə, o cümlədən gömrük orqanı əməkdaşları üçün ayrılmış
tikiliyə-otağa olan tələbləri:
§ anbarın iş
rejimi;
§ gömrük
orqanı ilə anbar sahibinin qarşılıqlı münasibətlər sxemi;
§ saxlanca
qəbul olunan və anbarda saxlanılan mallar və nəqliyyat vasitələrinin uçot
forması;
§ anbarın
fəaliyyəti ilə əlaqədar digər tələblər və şərtlər.
Göstərilən prosedura bu Əsasnaməyə və GM-nə zidd
olmamalıdır.
9.4. Gömrük orqanının anbar sahibinin ödəmə
qabiliyyətinə əsaslandırılmış şübhəsi olduqda, Gömrük Məcəlləsinin 120-cu
maddəsinin tələblərinə əsasən ondan anbarda yerləşdirilmiş malların maksimum
dəyərinin 20%-dən az olmayan məbləğində bankın ödəniş təminatını tələb etmək
hüququ var. Şübhə olmayan halda isə belə təminatın tələbinə ehtiyac olmur.
10. Müvəqqəti saxlanc anbarının ləğv edilməsi
10.1. Anbarın ləğv edilməsi onun təsisi üçün verilmiş
lisenziyanın ləğv edilməsi və geri alınması hallarında, eləcə də anbar
sahibinin arzusu ilə lisenziyanın fəaliyyət müddətinin bitməsi ilə əlaqədar və
təkrar lisenziyanın verilməsi üçün müraciət olunmadıqda həyata keçirilir.
10.2. Anbarın ləğvi haqqında qərar onun sahibinin
arzusuna görə, ya da lisenziyanın fəaliyyət müddəti qurtardıqdan sonra
Respublika Dövlət Gömrük Komitəsi tərəfindən əmr şəklində rəsmiləşdirilir.
10.3. Anbar ləğv olunan zaman anbar sahibi mallar və
nəqliyyat vasitələrinin saxlancına görə gömrük orqanları tərəfindən təsis
olunmuş müvəqqəti saxlanc anbarları üçün müəyyən olunmuş gömrük yığımları
aşağıdakı hallar nəzərə alınmaqla ödəyir:
§
lisenziyanın ləğvi zamanı müvəqqəti saxlanc anbarının təsisi üzrə lisenziyanın
verilmə tarixindən;
§ gömrük
qaydalarının pozulması üzrə tənbeh tədbiri kimi lisenziyanın geri alınması
zamanı qərarın iş üzrə icra tarixindən.
10.4. Anbarın ləğvi haqqında qərar qəbul edildiyi
təqdirdə anbar sahibi 7 gün müddətində lisenziyanın ləğvi ilə əlaqədar anbarın
ləğvi hallarında isə lisenziyanın verilmə tarixindən anbarda saxlanılan mallar
və nəqliyyat vasitələri haqqında 5 saylı əlavədəki forma üzrə gömrük orqanına
tam hesabat verməlidir. Eyni zamanda, anbar sahibi tərəfindən anbarın ləğv
edilməsi haqqında mal və nəqliyyat vasitələrini anbara yerləşdirən şəxslərə
rəsmi məlumat verilir.
10.5. Anbarın ləğvi zamanı malların və nəqliyyat
vasitələrinin saxlanc müddəti həmin anbarda bir aydan artıq ola bilməz. Anbarın
ləğvi haqqında qərar qəbul olunduğu gündən isə anbarda yeni mallar
partiyasının, habelə nəqliyyat vasitələrinin yerləşdirilməsinə yol verilmir.
11. Yekun müddəaları
11.1. Müvəqqəti saxlanc anbarının təsisi üzrə
lisenziya başqa şəxsə verilməməlidir.
11.2. Ərizədə göstərilən məlumatlarda, habelə ərizəyə
əlavə olunmuş sənədlərdəki istənilən dəyişiklik haqqında, anbar sahibi
müvəqqəti saxlanc anbarının təsisinə lisenziya vermiş DGK-ni 7 iş günü
müddətində yazılı şəkildə xəbərdar etməlidir.
11.3. Lisenziya verilməsi haqqında anbar sahibinin
ərizəsində və ya ona əlavə edilmiş sənədlərdə göstərilən məlumatların
dəyişdirilməsi (anbarın tipi, tikilinin yerləşdiyi yer, onun quruluşu və
təchizat təminatı və s.) müvəqqəti saxlanc anbarının öz xahişi ilə ləğvi
ərizəsi kimi baxılır. Ləğv etmə qərarı haqqında Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin XIII bölməsinə uyğun surətdə şikayət oluna bilər.
11.4. Müvəqqəti saxlanc anbarının təsisinə lisenziya
vermiş DGK-nin razılığına əsasən anbar sahibi istifadə olunan tikilinin
sahəsini artıra və ya azalda bilər. Bunun üçün anbar sahibi DGK-nə ərizə ilə
müraciət edərək ərazinin sahəsini, tikilinin quruluş və avadanlıq təchizatının
xarakteristikasını verməklə yeni planlar və çertyojlar təqdim edir.
11.5. Anbar sahibi tərəfindən lisenziyada dəyişiklik
tələb edən məlumatlar olarsa, əvvəlki göstəricilər, habelə dəyişiklik
hissəsində yeni məlumatlar göstərilməklə yeni lisenziya blankı tərtib olunaraq
qeydiyyatdan keçirilir. Bu zaman əvvəlki lisenziyanın sıra nömrəsinə əlifba
sırası ardıcıllığı ilə hərfi işarə əlavə olunur.
Müvəqqəti
saxlanclar
(müvəqqəti saxlanc anbarları)
haqqında Əsasnaməyə
1 saylı əlavə
(müvəqqəti saxlanc anbarları)
haqqında Əsasnaməyə
1 saylı əlavə
Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi
Müvəqqəti
saxlanc anbarının təsisinə dair
Lisenziya №00000/0000
Lisenziya №00000/0000
_____________________________________________________________________________
(adı və hüquqi
ünvanı)
Açıq/qapalı tipli müvəqqəti saxlanc anbarı
__________________________________
_____________________________________________________________________________
(lazım
olmayanın üzərindən xətt çəkməli)
Təsis etməyə icazə verilir
___________________________________________________
_____________________________________________________________________________
(tikintinin
yerləşdiyi yer)
_____________________________________________________________________________
(tikilinin və
müvəqqəti saxlanc anbarı ərazisinin ümumi sahəsi, kvadrat metrlə)
Bu lisenziyanın fəaliyyət müddəti
«____»_________________199____ ildə başa çatır
|
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
Sədri
K.F.HEYDƏROV.
M.Y.
«____»_________________199____ il.
Müvəqqəti saxlanc anbarının təsisinə dair lisenziyanın
nömrəsi aşağıdakı kimi formalaşır:
§ birinci
beş rəqəm müvəqqəti saxlanc anbarının yerləşdiyi gömrük orqanının kodunu;
§ son
dörd rəqəm isə lisenziyanın sıra nömrəsini bildirir.
Müvəqqəti
saxlanc
(müvəqqəti saxlanc anbarı)
haqqında Əsasnaməyə
2 saylı əlavə
(müvəqqəti saxlanc anbarı)
haqqında Əsasnaməyə
2 saylı əlavə
Qısa Bəyannamə №
____
1. Malları göndərən şəxs, göndərən ölkə
2. Malları alan şəxs, təyinat ölkəsi
3. Daşıyıcı
4. Nəqliyyat vasitəsi haqqında məlumat
5. Nəqliyyat sənədlərinin nömrəsi
6. Malın adı
7. Yerlərin sayı
8. Brutto çəkisi (kq)
9. Plomblar və digər eyniləşdirmə vasitələri
10. Əlavə məlumatlar
Daşıyıcının nümayəndəsinin soyadı, adı, atasının adı
|
__________________
|
(imza)
|
(xüsusi
səlahiyyətli nümayəndə olmadıqda onları kapitan, sürücü, ya da nəqliyyat
vasitəsini idarə edən digər fiziki şəxs) əvəz edə bilər.
«____»_________________199____ il
(tarix)
|
Hiç yorum yok:
Yorum Gönder