Gömrük Əməkdaşlığı Komitəsinin növbəti iclası keçirilib

Avqustun 20-21 tarixlərində Monqo­lustanın Ulan-Bator şəhərində Asiya İn­kişaf  Bankının Mərkəzi Asiya Re­gio­nal İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının Gömrük Əməkdaşlığı Ko­mitəsinin 14-cü iclası keçirilib.
İclasa CAREC proqramına üzv dövlətlərin -  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Monqolustan, Çin, Əf­qanıstan və Pakistan gömrük xidmətlərinin, eləcə də Yaponiya Gömrük Xidməti, Asiya İnkişaf Ban­kı, Ümumdünya Gömrük Təşkilatı və özəl sekto­run nümayəndələri qatılıb. 
Tədbirdə Azərbaycanı Dövlət Gömrük Komitə­si Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proq­ramları Baş İdarəsinin rəisinin birinci müavini Anar Süleymanov, Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elçin Şirinov və Komitənin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin əməkdaşı Cəfər Quluzadə təmsil ediblər. 
İclasın açılış mərasimində Monqolustan Baş Gömrük İdarəsinin direktoru Tsengel Bold və Asiya İnkişaf Bankının Şərqi Asiya Ölkələri üzrə Departamentinin Maliyyə Sektoru və Regional Əməkdaşlıq bölməsinin direktoru Yin Çen giriş sö­zü ilə çıxış edib­lər. 
Birinci iş günü iclas özəl sektorun nümayəndə­lə­ri­nin iştirakı ilə keçirilib və gündəliyə daxil edil­miş CAREC dövlətləri arasında məlumat müba­di­lə mexanizmi, tranzit dəhlizlərinin qiymətləndiril­mə­si və monitorinqi üzrə hesabat, regionda tranzit po­tensialının qiymətləndirilməsi, iqtisadi rəqabət­li­li­yin gücləndirilməsində özəl sektorla əməkdaş­lığın rolu, həmçinin CAREC İnstitutunun fəaliy­yə­ti­nin genişləndirilməsi ilə bağlı müzakirələr apa­rılıb. 
Müzakirələr zamanı Asiya İnkişaf Bankının və Ümumdünya Gömrük Təşkilatının ekspertləri Ümumdünya Ticarət Təşkilatının Ticarətin Asan­laşdırılması Sazişinin icrası fonunda qlobal təhlü­kəsizlik və məlumat mübadiləsi mövzusunda təq­dimatlar həyata keçiriblər. Azərbaycan nümayən­də heyəti məlumat mübadiləsi sisteminin yaradıl­ması ilə əlaqədar yaxşı təcrübə qismində Özbəkis­tan Respublikası ilə mallar və nəqliyyat vasitələri ilə bağlı ilkin məlumat mübadiləsi üzrə protoko­lun imzalandığını və bu istiqamətdə layihənin həyata keçirildiyi barədə məlumat verib. 
Tədbirin ikinci günü iclas özəl sektorun iştirakı ol­ma­dan keçirilib və müzakirələr əsasən əlaqələn­di­rilmiş sərhəd idarəçiliyi, ticarətin asanlaşdırılma­sı üzrə CAREC dövlətlərində həyata keçirilən layi­hə­lər və gələcəkdə tətbiqi gözlənilən investisiya layi­hələri, həmçinin Yaponiya Gömrük Xidməti­nin bu sahədə təcrübəsi ətrafında davam edib. Mü­za­ki­rə­lər zamanı Azərbaycan Gömrük Xidməti tərəfin­dən  son dövrlər həyata keçirilən konkret iş­lər ba­rədə iclas iştirakçılarına ətraflı məlumat ve­rilib. Ey­ni zamanda, ötən dövr ərzində görül­müş işlərə dair hesabat CAREC Katibliyinə təq­dim olunub.


Hiç yorum yok:

Yorum Gönder