Gömrük brokeri və gömrük daşıyıcısı 
  Bazar iqtisadiyyatına keçid dövrünün müasir mərhələsində peşəkar vasitəçilik fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin maraq göstərdiyi sahələrdən biri də gömrük işi sahəsində özünəməxsus yer tutan gömrük brokeri peşəsidir. 
       Mövcud qanunvericiliyə uyğun olaraq yaradılmış və DGK-dən lisenziya almış hüquqi şəxslər gömrük brokeri ola bilərlər. Gömrük brokeri ilə onun təmsil etdiyi şəxs arasındakı qarşılıqlı münasibətləp, notarius tərəfindən təsdiq edilmiş müqavilə ilə tənzimlənir. Belə müqavilələr ikitərəfli olub, konsensual müqavilə növünə aid edilir və ödəniş xarakterlidir. Broker xidməti üzrə müqaviləyə görə gömrük brokeri təmsil etdiyi şəxsin tapşırığı və onun hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə istənilən əməliyyatı və digər vasitəçilik əməliyyatları apara bilər. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi əməliyyatları zamanı, o, malların əsil sahibi qədər onun vəzifələrini yerinə yetirir və məsuliyyət daşıyır. Nəzərə alaq ki, gömrük brokeri təmsil etdiyi şəxsin tapşırığını yerinə yetirərkən təmsilçinin deyil, öz adından çıxış edir, bu halda broker xidməti göstərilməsi barədə müqavilədən doğan üç növ hüquqi münasibətlərin şahidi olmuş oluruq: 1) gömrük brokeri ilə təmsil etdiyi şəxs arasında; 2) gömrük brokeri ilə üçüncü şəxslər arasında; 3) təmsil olunan şəxslə üçüncü şəxslər arasında (məsələn, broker lisenziyasının fəaliyyəti dayandırıldıqda). Gömrük brokerinin gömrük orqanları qarşısında hüquqları, vəzifələri və məsuliyyəti təmsil etdiyi şəxslə bağladığı müqavilə ilə məhdudlaşmır. Gömrük brokerinin fəaliyyəti lisenziyalaşdırılır. Brokerlik lisenziyası almaq istəyən hüquqi şəxs Gömrük Məcəlləsinin 156-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan tələblərə cavab verməlidir. Gömrük brokeri fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanın verilmə qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Lisenziya verilməsi məsələsini DGK həll edir və onun fəaliyyət müddətini müəyyənləşdirir. Gömrük Məcəlləsi broker lisenziyasının geri çağırılması və ləğv edilməsi hallarını müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 1998-ci il tarixli 101 saylı qərarı ilə Gömrük brokeri haqqında Əsasnamə və gömrük brokeri fəaliyyətinə lisenziya verilməsi Qaydaları təsdiq edilmişdir. Lisenziyanın ləğv edilməsi qərarı lisenziyanın verilməsi tarixindən başlanan fəaliyyətə şamil edilir. Lisenziyanın geri alınma qərarı qəbul edildiyi gündən qüvvəyə minir. Ləğvetmə və gerialma lisenziyanın fəaliyyətinə xitam verir. Bununla belə onlar lisenziya sahibini yeni lisenziya almaq hüququndan məhrum etmir. Lisenziya verilməsi barədə təkrar müraciətə DGK tərəfindən ləğvetmə, yaxud geriçağırma qərarı verilən vaxtdan iki il keçdikdən sonra bu qərarı meydana çıxaran səbəblərin aradan qaldırılması şərti ilə baxıla bilər. Bundan başqa gömrük orqanları, brokerin vəzifəsindən sui-istifadə etdiyini güman etməyə kifayət qədər əsas olduqda, lisenziyanın fəaliyyətini üç ay müddətinə dayandıra bilər. Dövlət Gömrük Komitəsi gömrük brokerinin reyestrini aparır və bu reyestrin nəşrini təmin edir. Gömrük daşıyıcısı anlayışı və hüquqi statusu Gömrük daşıyıcısı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq yaradılan, Dövlət Gömrük Komitəsi tərəfindən gömrük nəzarəti altındakı yüklərin daşınması üçün lisenztya verilmiş hüquqi şəxsdir. Qeyd etmək lazımdır ki, o malları gömrük müşayiəti olmadan və gömrük ödənişləri ödəmədən daşıyır. Gömrük daşıyıcısından istifadə həm könüllü, həm də məcburi ola bilər. Gömrük daşıyıcısından könüllü istifadə o zaman olur ki, marağı olan şəxs gömrük daşıyıcısının xidmətindən gömrük orqanını xəbərdar etməklə şəxsi təşəbbüsü əsasında istifadə etsin. Gömrük orqanının vəzifəli şəxsi daşınan malların xarakteri və statusu barədə məlumata əsaslanaraq, gömrük qanunvericiliyinin pozulmasının mümkündüyünü güman etdikdə, daşınmanın spesifikasını nəzərə alaraq gömrük rəsmiləşdirilməsi mərhələsində həmin malların gömrük daşıyıcısı tərəfindən daşınması barədə qərar qəbul edə bilər. Belə daşınma məcburi xarakter daşıyır, çünki mal üzərində sərəncam vermək hüququ olan şəxs gömrük orqanının qəbul etdiyi qərara etinasız qala bilməz. 58 Gömrük orqanının gömrük daşıyıcısından istifadə edilməsi barədə qərarı həm daşıyıcı, həm malgöndərən və malalan, həm də gömrük daşıyıcısının özü üçün məcburidir. Belə qərar adi daşıyıcının, mal göndərən və malalanın tərəfindən gömrük daşıyıcısının istifadəsi ilə meydana çıxmış xərclərinin ödənməsi üçün əsas ola bilər. Aşağıdakı mallar barədə gömrük orqanı, hətta gömrük ödənişlərinin ödənməsinin təminatı olduqda belə, gömrük daşıyıcısından istifadə edilməsi üçün qərar verə bilər: a) Azərbaycan Respublikası ərazisinə gətirilməsi və ölkədən çıxarılması qadağan olunmuş mallar (gömrük orqanları arasında daşınması zərurəti yarandıqda); b) Lisenziyalaşdırılmalı, sertifikatlaşdırılmalı və digər orqanların nəzarətinə cəlb edilməli (əgər belə nəzarət həyata keçirilməmişsə) mallar. BYD kitabçaları tətbiq edilməklə və gömrük müşayiəti ilə yük daşınması zamanı gömrük daşıyıcısından istifadə edilməsi məcburiyyəti tətbiq edilmir. Gömrük daşıyıcısı ödəmə qabiliyyətli olmalıdır. Onun maliyyə imkanları tələb olunan bütün gömrük ödənişlərinin təxirəsalınmadan ödəniləcəyinə zəmanət verməlidir. Gömrük daşıyıcısı öz fəaliyyətini sığortalamaq üçün müvafiq müqavilə bağlamalıdır. Texniki tələblərə gəlincə, gömrük daşıyıcısının nəqliyyat vasitələri gömrük orqanları tərəfindən müəyyən edilmiş “Gömrük möhür və plombları altında malların daşınması üçün nəqliyyat vasitələrinin təchiz edilməsi və onların yük daşınmasına buraxılması qaydalarına” uyğun olmalıdır. Malgöndərən və gömrük daşıyıcısı arasındakı münasibətlər müqavilə əsasında qurulur. Bağlanmış müqavilədə digər müddəalarla bərabər, gömrük nəzarəti altında malların daşınması ilə bağlı gömrük daşıyıcısının xərclərinin ödənilməsi də tənzimlənir. Müqavilə ilə təsbit edilmiş hüquq və vəzifələrdən başqa gömrük daşıyıcısı aşağıdakı öhdəlikləri də yerinə yetirməlidir: 
1) malları təyinat gömrükxanasına onların tarası və ya mövcud halı dəyişilmədən çatdırılmalı; 
2) gömrük orqanları tərəfindən müəyyən edilmiş çatdırılma müddətlərinə və hərəkət marşrutuna riayət etməli; 
3) malları və sənədləri təyinat gömrükxanasına yetirməli, lazım gəldikdə təqdim etməli; 
4) gömrük nəzarəti altında olan mallarla birgə digər mallar daşımamalı; 
5) gömrük nəzarəti altındakı daşımaların uçotunu aparmalı, gömrük orqanlarına müvafiq hesabat verməli; 
6) mal göndərəndən alınmış kommersiya, bank, qanunla qorunan digər sirləri açıqlamamalı; 
7) malları təyinat gömrükxanasına çatdırdıqdan sonra, onları nəzarətsiz qoymamalı, dayanacaq yerini dəyişdirməməli, malları boşaltmamalı və başqa nəqliyyat növünə yükləməməli, qablaşdırılmanı pozmamalı, gömrük eyniləşdirmə vasitələrini qoparmamalı, yaxud məhv etməməlidir. 
Bu öhdəliklərin pozulmasına görə o zaman məsuliyyət müəyyən olunmur ki, gömrük daşıyıcısı nəqliyyat vasitəsi ekipajının həyatı və sağlamlığı üçün, həmçinin, mal və nəqliyyat vasitəsinin məhv edilməsinə görə real təhlükə yarandığını sübut etmiş olsun. Gömrük daşıyıcısı malların çatdırıldığı yerdə müvəqqəti saxlanca və ya mallara görə səlahiyyətli şəxsə verilənə qədər gömrük ödənişlərinin ödənilməsinə məsuliyyət daşıyır. Əgər gömrük daşıyıcısı malları gömrük orqanının icazəsi olmadan vermişsə, gömrük ödənişlərinin ödənməsi sərbəst dövriyyə üçün buraxılış və ya ixrac gömrük rejimində (məbləğ ondan az deyilsə) tələb olunan məbləğdə gömrük daşıyıcısına həvalə olunur. 

Gömrük brokeri haqqında əlavə məlumatlar:

1. “Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiqedilməsi haqqında 
2. “Gömrüktəmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən Qaydalar”ıntəsdiq edilməsi haqqında

Hiç yorum yok:

Yorum Gönder