Bir Pəncərə_Komissiya
           “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “Bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 nömrəli 11 noyabr 2008-ci il tarixli Fərmanının gömrük orqanlarında icrasını təmin etmək məqsədi ilə DGK sədrinin əmri ilə 18 noyabr 2008-ci il tarixində Dövlət Gömrük Komitəsində Komissiya yaradılmışdır.Komissiyanın əsas funksiyası aşağıdakı kimi müəyyən edilmişdir:
qüvvədə olan qanunvericilik aktlarının uyğunlaşdırılması;
- Dövlət Gömrük Komitəsinin sərhəd gömrük orqanlarının tərkibində dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallara baytarlıq, fitosanitar və sanitariya nəzarətinin həyata keçirilməsinin təşkili və tələb olunan avadanlıqlar, texniki və digər vasitələr, eləcə də beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə “İcazə” blanklarının verilməsi ilə əlaqədar məsələlərin həlli;
- Komitənin Mərkəzi Laboratoriyasının regional bölmələrinin yaradılması və laboratoriyanın sərhəd gömrük orqanları və Azərbaycan Respublikası Səhiyyə və Kənd Təsərrüfatı Nazirlikləri ilə qarşılıqlı məlumat mübadiləsini həyata keçirmək üçün lokal şəbəkənin yaradılması;
- sərhəd-gömrük buraxılış məntəqələrində “Bir pəncərə” prinsipinin həyata keçirilməsinin texnologiyasının işlənməsi.

Hiç yorum yok:

Yorum Gönder