"Bir Pəncərə-AİS" tətbiqinin genişləndirilməsi

Dövlət Gömrük Komitəsində “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 saylı 11 noyabr 2008-ci il tarixli Fərmanının icrası ilə bağlı tədbirlər davam etdirilir. Bu istiqamətdə Dövlət Gömrük Komitəsinin sədri gömrük sistemində malların və nəqliyyat vasitələrinin avtomatlaşdırılmış qeydiyyat sisteminin pilot variantının istifadəsinin genişləndirilməsi məqsədilə 12 avqust 2009-cu il tarixində növbəti əmr imzalamışdır. Əmr aşağıdakı məsələləri özündə ehtiva edir:
 
  •            Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin bütün gömrük idarələrində malların və nəqliyyat vasitələrinin qeydiyyatının “Bir pəncərə-AİS” sisteminin pilot variantından istifadə edilməklə aparılması;

  •       Mal və nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı kağız formasında istifadə olunan qeydiyyat, nəzarət, hesabat və digər formaların elektron formatda işlənməsi üçün hazırlıq işlərinin aparılması

Hiç yorum yok:

Yorum Gönder