Azərbaycan Respublikasının
1999-cu il 7 dekabr tarixli Qanunu ilətəsdiq edilmişdir.
«Gömrük orqanlarında xidmət haqqında» Əsasnamə
Bu Əsasnamə Azərbaycan
Respublikasının gömrük orqanlarında və təşkilatlarında (bundan sonra gömrük
orqanları adlanacaq) xidmətin qaydalarını və gömrük orqanlarının vəzifəli şəxslərinin
hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.1999-cu il 7 dekabr tarixli Qanunu ilətəsdiq edilmişdir.
«Gömrük orqanlarında xidmət haqqında» Əsasnamə
I fəsil. Ümumi müddəalar
1. Gömrük orqanlarında xidmət — Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra vətəndaşlar adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.
2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir.
Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
Gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) isə əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
3. Bu Əsasnamədə gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür.
Gömrük orqanlarının vəzifəli şəxslərinin arasında xidmət münasibətlərinin tənzimlənməsi məqsədi ilə bu orqanlarda kiçik heyət, orta, baş və ali rəis heyəti vəzifələri və bu vəzifələrə müvafiq xüsusi rütbələr müəyyən edilir.
4. Gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim forması müəyyən edilir. Geyim formasını, fərqlənmə nişanlarını və onların təchizat normasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, onun daşınma qaydasını isə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir. Xüsusi geyim forması pulsuz verilir.
5. Gömrük orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, formada və etibarlıq müddətinə xidməti vəsiqələr verilir.
6. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada gömrük orqanlarının vəzifəli şəxsləri fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq etmək hüququna malikdirlər.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarında istifadə olunan xüsusi vasitələrin, habelə odlu silah və onlar üçün döyüş sursatlarının siyahısını müəyyən edir.
7. Gömrük orqanlarında xidmətə qəbul olunan vətəndaşlara və gömrük orqanlarının vəzifəli şəxslərinə gömrük orqanının aşağıda göstərilən xüsusi rütbələri verilir (bundan sonra xüsusi rütbə adlanacaq):
1) gömrük xidməti giziri; tibb xidməti giziri;
2) gömrük xidməti baş giziri; tibb xidməti baş giziri;
3) gömrük xidməti kiçik leytenantı; tibb xidməti kiçik leytenantı;
4) gömrük xidməti leytenantı; tibb xidməti leytenantı;
5) gömrük xidməti baş leytenantı; tibb xidməti baş leytenantı;
6) gömrük xidməti kapitanı; tibb xidməti kapitanı;
7) gömrük xidməti mayoru; tibb xidməti mayoru;
8) gömrük xidməti polkovnik-leytenantı; tibb xidməti polkovnik-leytenantı;
9) gömrük xidməti polkovniki; tibb xidməti polkovniki;
10) gömrük xidməti general-mayoru; tibb xidməti general-mayoru;
11) gömrük xidməti general-leytenantı;
12) gömrük xidməti general-polkovniki;
13) Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşavari.
8. Gömrük orqanlarının vəzifəli şəxslərinin tutduqları vəzifələr və bu vəzifələrə müvafiq xüsusi rütbələr aşağıdakılara bölünür:
1) kiçik heyət (gömrük xidməti giziri, gömrük xidməti baş giziri; tibb xidməti giziri, tibb xidməti baş giziri);
2) orta rəis heyəti (gömrük xidməti kiçik leytenantı, gömrük xidməti leytenantı, gömrük xidməti baş leytenantı, gömrük xidməti kapitanı; tibb xidməti kiçik leytenantı, tibb xidməti leytenantı, tibb xidməti baş leytenantı, tibb xidməti kapitanı);
3) baş rəis heyəti (gömrük xidməti mayoru, gömrük xidməti polkovnik-leytenantı, gömrük xidməti polkovniki; tibb xidməti mayoru, tibb xidməti polkovnik-leytenantı, tibb xidməti polkovniki);
4) ali rəis heyəti (gömrük xidməti general-mayoru, tibb xidməti general-mayoru, gömrük xidməti general-leytenantı, gömrük xidməti general-polkovniki, Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri).
Gömrük orqanlarının vəzifəli şəxsləri pensiya almaq hüquqi ilə xidmətdən azad edildikdə xüsusi rütbəyə «istefada olan» sözü əlavə olunur.
Hiç yorum yok:
Yorum Gönder