Azərbaycan Respublikası gömrük orqanları əməkdaşlarının
fərdi qaydada mükafatlandırılması haqqında
Əsasnamə
1. Azərbaycan
Respublikası gömrük orqanları əməkdaşlarının fərdi qaydada mükafatlandırılması
(bundan sonra — mükafatlandırma) Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
398-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr
1997-ci il tarixli 140 №-li «Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar
inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları barədə»
qərarına əsasən həyata keçirilir.Əsasnamə
Mükafatlandırılmanın tətbiqindən məqsəd gömrük orqanlarının əməkdaşlarının gömrük qanunvericiliyinin tələblərinə riayət etməsi üzərində nəzarətin gücləndirilməsinə, malın gömrük dəyərinin düzgün müəyyən edilməsinə, büdcəyə çatacaq vəsaitlərin vaxtında və tam köçürülməsinə nail olmaqdan ibarətdir.
2. Fərdi qaydada mükafatlandırma gömrük orqanının yoxlamanı aparmış və gömrük qaydalarının pozulması hallarını aşkar etmiş əməkdaşlarına şamil olunur.
3. Gömrük orqanları əməkdaşlarının fərdi qaydada mükafatlandırılması gömrük işi sahəsində cinayətlər və gömrük qaydalarının pozulması işləri üzrə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət mülkiyyətinə keçirilmiş malların, nəqliyyat vasitələrinin və digər əşyaların satışından əldə edilən vəsaitlərin, gömrük orqanlarının normal fəaliyyətinə qəsd edən inzibati hüquqpozmalara və gömrük qaydalarının pozulmasına görə müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin satışından və yaxud onarın dəyərinin tutulmasından əldə edilən vəsait, cərimələr və yığımlar, gömrük qaydalarının pozulması və ya gömrük orqanlarının normal fəaliyyətinə qəsd edən hüquqpozmalar nəticəsində müsadirə olunan valyuta məbləğləri və yoxlama ilə əlaqədar maliyyə sanksiyası nəticəsində alınmış məbləğlər hesabına həyata keçirilir.
4. Fərdi qaydada mükafatlandırma yuxarıda qeyd olunan yığımların fonda daxil olmuş məbləğlərindən bu Əsasnaməyə Əlavədə göstərilən miqdarda hesablanır. Hər bir hüquqi və fiziki şəxs üzrə mükafatlandırma ayrılıqda rəsmiləşdirilir.
5. İki və daha çox işçinin iştirakı ilə eyni bir məsələyə dair aparılmış yoxlamanın nəticəsində və yaxud gömrük qaydalarının pozulmasına görə tətbiq edilmiş və fonda daxil olmuş maliyyə sanksiyası və inzibati tənbeh nəticəsində alınmış məbləğlərə görə hesablanmış fərdi mükafatlandırmanın məbləği, həmin işçilər arasında bərabər surətdə bölünür.
Yoxlama iki və daha çox işçilər tərəfindən müxtəlif məsələlərə dair aparıldıqda hər bir işçiyə düşən fərdi mükafatın məbləği onların yoxladıqları məsələlər üzrə tətbiq edilmiş və fonda daxil olmuş maliyyə sanksiyası və inzibati tənbeh nəticəsində alınmış məbləğlərdən asılı olaraq ayrılıqda müəyyən edilir.
6. Fərdi qaydada mükafatlandırmanın tətbiqi ilə əlaqədar olaraq gömrük orqanının yoxlamanı aparmış və bu yoxlama aktına rəy vermiş əməkdaşlar, habelə həmin işçilər tərəfindən yoxlamaların aparılmasına nəzarət etməsi həvalə olunmuş vəzifəli şəxsləri yoxlamanın düzgün aparılmasına, maliyyə sanksiyalarının və inzibati cərimələrin düzgün tətbiq olunmasına görə məsuliyyət daşıyırlar.
Gömrük orqanları əməkdaşları tərəfindən düzgün olmayaraq fərdi qaydada mükafat alınması aşkar edildiyi hallarda, ödənilmiş mükafat məbləği müəyyən edilmiş qaydada onlardan tutulur, eyni zamanda onun ödənilməsində təqsirkar olan işçilər barədə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.
7. Fərdi mükafatın məbləği işçinin aylıq vəzifə maaşının on mislindən yuxarı olduqda həmin mükafatlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin icazəsi ilə ödənilir. Bu halda fərdi mükafatlandırma üçün əsas olan sənədlər, həmçinin yoxlama aktına verilmiş və gömrük orqanının rəhbəri tərəfindən təsdiq edilmiş rəy Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təqdim olunmalıdır.
Fərdi mükafatlandırma ilə əlaqədar yoxlamanın materiallarına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq idarə və şöbələri tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinə və digər qanunverici aktlarına müvafiq olaraq baxılır.
Yoxlamaların materiallarına, onların daxil olduğu vaxtından 15 gün müddətindən gec olmayaraq baxılır, mükafatın verilməsi üçün rəy tərtib edilərək kuratorluqdan asılı olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavinlərindən biri tərəfindən təsdiq olunur.
8. Gömrük orqanları tərəfindən əməkdaşların fərdi qaydada mükafatların ödənilməsi, yalnız onlar tərəfindən tətbiq edilmiş maliyyə sanksiyası və inzibati tənbehlə əlaqədar alınmış məbləğlər fonda tam daxil olduqdan sonra həyata keçirilir.
İşçilərə fərdi mükafatın ödənilməsi, onlar tərəfindən aparılmış yoxlamadan və yaxud gömrük qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası və inzibati tənbehlə əlaqədar olaraq alınmış məbləğlərinin fonda daxil olduğu vaxtdan ən geci 15 gün ərzində, mükafatın ödənilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin icazəsi ilə aparıldığı hallarda isə, həmin icazənin müvafiq gömrük orqanlarına daxil olduğu vaxtdan ən geci 5 gün ərzində həyata keçirilir.
«Azərbaycan Respublikası
gömrük orqanları əməkdaşlarının
fərdi qaydada mükafatlandırılması haqqında»
Əsasnaməyə
Əlavə
gömrük orqanları əməkdaşlarının
fərdi qaydada mükafatlandırılması haqqında»
Əsasnaməyə
Əlavə
Fərdi qaydada əməkdaşların mükafatlandırma
Məbləğləri
Məbləğləri
|
Hüquqi şəxslər üzrə
|
Fiziki şəxslər üzrə
|
||
|
Fonda daxil olmuş maliyyə sanksiyaları və inzibati tənbehlə
əlaqədar alınmış məbləğ (min ə/h misli ilə)
|
Fərdi mükafatın miqdarı
|
Fonda daxil olmuş maliyyə sanksiyaları və inzibati tənbehlə
əlaqədar alınmış məbləğ (min ə/h misli ilə)
|
Fərdi mükafatın miqdarı
|
|
1000 mislinə qədər
|
10%
|
100 mislinə qədər
|
20%
|
|
1001 mislindən 3000 mislinə qədər
|
min ə/h 100 misli + min ə/h
1000 mislindən yuxarı məbləğin 7,5%-i
|
100 mislindən 300 mislinə qədər
|
min ə/h 20 misli + min ə/h
100 mislindən yuxarı məbləğin 15%-i
|
|
3001 mislindən 10000 mislinə qədər
|
min ə/h 250 misli + min ə/h
3000 mislindən yuxarı məbləğin 5%-i
|
301 mislindən 1000 mislinə qədər
|
min ə/h 50 misli + min ə/h
300 mislindən yuxarı məbləğin 10%-i
|
|
10001 mislindən 25000 mislinə qədər
|
min ə/h 600 misli + min ə/h
10000 mislindən yuxarı məbləğin 2,5%-i
|
1001 mislindən 2500 mislinə qədər
|
min ə/h 120 misli + min ə/h
1000 mislindən yuxarı məbləğin 5%-i
|
|
25001 mislindən 50000 mislinə qədər
|
min ə/h 975 misli + min ə/h
25000 mislindən yuxarı məbləğin 1,5%-i
|
2501 mislindən 5000 mislinə qədər
|
min ə/h 195 misli + min ə/h
2500 mislindən yuxarı məbləğin 2,5%-i
|
|
50000 mislindən yuxarı
|
min ə/h 1350 misli + min ə/h
50000 mislindən yuxarı məbləğin 0,75%-i
|
5000 mislindən yuxarı
|
min ə/h 257,5 misli + min ə/h
5000 mislindən yuxarı məbləğin 1,25%-i
|
Şəhadətim hamıya salam. Mən kömək üçün söz vermiş, lakin mənə heç vaxt kredit verməyən müxtəlif kredit verənlərdən bir neçə dəfə müraciət etdikdən sonra cənab Benjamindən borcumu necə əldə etdiyimi ifadə etmək üçün buradayam. Bir dostum məni Mr.Benjamin Lee ilə tanış etməyimə qədər mənə kömək edəcəyini vəd etdiyini və həqiqətən də heç bir gecikmədən vəd etdiyi kimi etdi. Həqiqətən də kömək edən cənab Benjamin Li ilə görüşənə qədər hələ də etibarlı kredit borc verənlərin olduğunu düşünməmişdim. kredit və inancımı dəyişdirdim. Həqiqi və təcili bir kreditə ehtiyacınız olub olmadığını bilmirəm, WhatsApp + 1-989-394-3740 və cənab Benjamin ilə əlaqə qurmaqdan azad olun və e-poçt: Lfdsloans@outlook.com təşəkkür edirəm.
YanıtlaSil