5. Müsahibənin keçirilməsi
- Namizədlərin gömrük orqanlarında işləmək üçün tələb olunan keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədi ilə test imtahanından müvəffəqiyyət qazanan namizədlər ilə müsahibə keçirilir.
- Hər bir namizədlə söhbət aşkarlıq şəraitində fərdi qaydada 30 dəqiqəyədək müddət ərzində aparılır. Namizədə onun Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikasının qanunvericiliyinə dair biliyinin, gömrük işi və iqtisadi siyasətlə bağlı normativ-hüquqi aktların tətbiq edilməsi sahəsində bilik və bacarığının, həmçinin, işgüzarlıq səviyyəsinin, mənəvi keyfiyyətlərinin, xidmətə, xidməti intizama, etik davranış və məsuliyyət prinsiplərinə münasibətlərinin müəyyən edilməsi üçün müvafiq suallar verilir.
- Test imtahanından və müsahibədən müvüəffəqiyyətlə çıxmış namizədlər müsabiqədən keçmiş hesab edilirlər.
- Müsabiqənin nəticələrinə görə gömrük orqanlarına işə qəbul olunmağa tövsiyə edilmiş namizədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədrinə təqdim edilir. Dövlət Gömrük Komitəsinin Sədri təqdim olunmuş namizədlərin vakant vəzifələrə təyin edilməsi məsələsinə baxır.
- Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlərin sayı gömrük orqanlarında vakant yerlərin sayından artıq olduqda onlar kadr ehtiyatına daxil edilirlər və müvafiq ştat üzrə il ərzində vakant yerlər yarandıqda həmin vəzifələr ehtiyat kadrlara təklif olunur.
- Təklif edilən iki boş vakant yerdən imtina edən (eyni iş təkrarən bir neçə dəfə təklif oluna bilməz) və ya bir ildən sonra namizədlər ehtiyat kadr siyahılarından çıxarılırlar.
Hiç yorum yok:
Yorum Gönder