2. Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı:
Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:
- ərizə (xüsusi formada doldurulur);
- şəxsiyyəti təsdiq edən sənəd;
- əmək kitabçası;
- müvafiq ali təhsilə və digər əlavə təhsil haqqında sənədlər (diplom);
- sağlamlıq haqqında tibbi arayış;
- tərcümeyi-hal (ata, ana, ər (arvad), oğul, qız, qardaş, bacı, yaxud himayəsində olduğu şəxslərin soyadı, adı, atasınınm adı, təhsili, iş, və yaşayış yerləri haqqında məlumatlar) ;
- hərbi bilet.
Vətəndaşlar gömrük orqanlarında xidmətə qəbul olunarkən təqdim edilmiş sənədlər müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır. Yoxlama nəticəsində vətəndaşın gömrük orqanlarına xidmətə qəbul olunmasına maneçilik törədən hallar müəyyən olunduqda, ona gömrük orqanlarına xidmətə qəbul olunmasından imtinanın səbəbləri barəsində bir ay müddətində məlumat verilir.
İmtahanda iştirak etmiş, lakin müsabiqədən keçməyən namizədlərdən növbəti 1 il ərzində ərizə qəbul edilmir.
Hiç yorum yok:
Yorum Gönder