1. Ümumi müddəalar
Gömrük orqanlarına xidmətə qəbul “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010 tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları” əsasında həyata keçirilir.
Müsabiqə iki mərhələdən ibarətdir:
  1. Test üsulu ilə yazılı imtahandan.
  2. Müsahibədən.
Yuxarıda qeyd olunan qaydalara əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə gömrük orqanlarında işləməyə qadir olmayan, gömrük, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya  müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar müsabiqədə iştirak edə bilməzlər.
Gömrük orqanlarının hüququ mühafizə orqanları statusuna malik olduğunu nəzərə alaraq qeyd olunan əsasnaməyə uyğun olaraq yaşı 30-u keçməmiş və gömrük işi ixtisası üzrə ali təhsilə malik olan Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilərlər.

Hiç yorum yok:

Yorum Gönder