/ 01.02.2008 «Dövlət
qulluğu haqqında»
«Dövlət qulluğu
haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə» Azərbaycan
Respublikasının 2007-ci il 10 aprel tarixli 303-IIIQD nömrəli Qanununun tətbiqi
ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi
haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 12, № 12, maddələr
731, 736; 2004-cü il, № 2, maddə 57; 2005-ci il, № 4, maddə 274, № 7, maddə
590; 2006-cı il, № 11, maddə 926; 2007-ci il, № 1, maddə 1; Azərbaycan
Respublikasının 2007-ci il 19 oktyabr tarixli 462-IIIQD nömrəli Qanunu) ilə təsdiq
edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə aşağıdakı əlavələr və
dəyişiklik edilsin:
1. VII fəslin adında
“attestasiyası” sözündən sonra “və fəaliyyətinin qiymətləndirilməsi” sözləri əlavə
edilsin.
2. 114-cü maddənin
üçüncü hissəsi dördüncü hissə hesab edilsin və maddəyə aşağıdakı məzmunda
üçüncü hissə əlavə edilsin:
“Gömrük orqanlarının
vəzifəli şəxslərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin
nəticələri nəzərə alınır. Gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinin
qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”.
II. Azərbaycan
Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ saylı Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 443; 2006-cı il,
№ 6, maddə 486, № 11, maddə 927, № 12, maddə 1013; 2007-ci il, № 1, maddə 1, №
5, maddə 441; Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli
462-IIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət
haqqında Əsasnamə”yə aşağıdakı əlavələr edilsin:
1. VI fəslin adında
“attestasiyası” sözündən sonra “və fəaliyyətinin qiymətləndirilməsi” sözləri əlavə
edilsin.
2. 55-ci maddəyə
aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Vergi orqanlarının vəzifəli
şəxslərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin
nəticələri nəzərə alınır. Vergi orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinin
qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”.
III. “Prokurorluq
orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 452, № 12, maddə
731; 2002-ci il, № 12, maddə 706; 2005-ci il, № 10, maddə 902; 2006-cı il, №
11, maddə 927; 2007-ci il, № 1, maddələr 1, 4, № 2, maddə 82, № 6, maddə 570;
Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 462-IIIQD nömrəli və
23 oktyabr tarixli 465-IIIQD nömrəli qanunları) aşağıdakı əlavələr edilsin:
1. 2.2-ci maddədə “həyata
keçirilməsinə” sözlərindən sonra “, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə”
sözləri əlavə edilsin.
2. 14-cü maddənin
adında “attestasiyası” sözündən sonra “və fəaliyyətinin qiymətləndirilməsi”
sözləri əlavə edilsin.
3. 14.1-ci maddəyə
aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Prokurorluq işçilərinin
attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri
nəzərə alınır. Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada
həyata keçirilir.”.
IV. Azərbaycan
Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ saylı Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 453, № 12, maddə
731; 2004-cü il, № 10, maddə 760; 2005-ci il, № 4, maddə 280, № 10, maddələr
871, 872; 2006-cı il, № 10, maddə 846, № 11, maddə 927; Azərbaycan
Respublikasının 2007-ci il 19 oktyabr tarixli 457-IIIQD nömrəli və 23 oktyabr
tarixli 465-IIIQD nömrəli qanunları) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə
aşağıdakı əlavələr edilsin:
1. 2-ci maddənin
ikinci abzasında “həyata keçirilməsinə” sözlərindən sonra “, dövlət
qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə” sözləri əlavə edilsin.
2. 44-cü maddəyə
aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Daxili işlər
orqanları əməkdaşlarının attestasiyası zamanı onların xidməti fəaliyyətinin
qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Daxili işlər orqanları əməkdaşlarının
fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”.
V. “Diplomatik xidmət
haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 567; 2002-ci il, № 12, maddə
703; 2004-cü il, № 6, maddə 414; 2005-ci il, № 10, maddə 873) aşağıdakı əlavələr
edilsin:
1. 14-cü maddənin
adında “attestasiya” sözündən sonra “və fəaliyyətinin qiymətləndirilməsi” sözləri
əlavə edilsin.
2. 14.1-ci maddəyə
aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Diplomatik xidmət əməkdaşlarının
və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən
inzibati vəzifə tutan şəxslərin attestasiyası zamanı onların xidməti fəaliyyətinin
qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Diplomatik xidmət əməkdaşlarının
və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən
inzibati vəzifə tutan şəxslərin fəaliyyətinin qiymətləndirilməsi “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada
həyata keçirilir.”.
VI. Azərbaycan
Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 514; 2006-cı il,
№ 3, maddə 221, № 11, maddə 927; Azərbaycan Respublikasının 2007-ci il 19
oktyabr tarixli 462-IIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Feldyeger rabitəsi
orqanında xidmət keçmə haqqında Əsasnamə”nin 87-ci maddəsinə aşağıdakı məzmunda
üçüncü hissə əlavə edilsin:
“Feldyeger rabitəsi
orqanı əməkdaşlarının attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin
nəticələri nəzərə alınır. Feldyeger rabitəsi orqanı əməkdaşlarının fəaliyyətinin
qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”.
VII. “Ədliyyə
orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 586; 2007-ci il,
№ 1, maddə 1; Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli
462-IIIQD nömrəli və 23 oktyabr tarixli 465-IIIQD nömrəli qanunları) aşağıdakı əlavələr
edilsin:
1. 2.2-ci maddədə “həyata
keçirilməsinə” sözlərindən sonra “, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə”
sözləri əlavə edilsin.
2. 17-ci maddənin
adında “attestasiyası” sözündən sonra “və fəaliyyətinin qiymətləndirilməsi”
sözləri əlavə edilsin.
3. 17.1-ci maddəyə
aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Ədliyyə orqanları
işçilərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin
nəticələri nəzərə alınır. Ədliyyə orqanları işçilərinin fəaliyyətinin qiymətləndirilməsi
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada həyata keçirilir.”.
VIII. Bu Qanun dərc
edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 fevral
2008-ci il.
№ 538-IIIQD
Hiç yorum yok:
Yorum Gönder